İqtisadi tərəqqidə kiçik və orta sahibkarlığın rolu
Az investisiya ilə daha çox istehsala nail olmağın yolları Ölkə başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi təsdiq edilib. Maraqlıdır ötən müddət ərzində sözügedən yil xəritəsinin icrası kiçik və orta sahibkarlığın inkişafına nhansı töhvəsini verəcək? Əvvala qeyd edək ki, Azərbaycanda kiçik və orta sahibkarlığın (bundan sonra – KOS) inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, inkişaf etmiş ölkələrdə KOS-un ÜDM və məşğulluqdakı xüsusi çəkisinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, Azərbaycanda da davamlı iqtisadi inkişafın təmin edilməsində KOS-un əsas hərəkətverici amilə çevrilməsi qarşıda duran əsas çağırışlardandır. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” ölkə iqtisadiyyatında rəqabətqabiliyyətliliyin, inklüzivliyin və dayanıqlılığın təmin olunması istiqamətində bütün ölkə üzrə həyata keçirilən tədbirlərin bir hissəsi olaraq hazırlanmışdır.
18 Sentyabr 2017 12:28 İqtisadiyyatAz investisiya ilə daha çox istehsala nail olmağın yolları
Ölkə başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi təsdiq edilib. Maraqlıdır ötən müddət ərzində sözügedən yil xəritəsinin icrası kiçik və orta sahibkarlığın inkişafına nhansı töhvəsini verəcək? Əvvala qeyd edək ki, Azərbaycanda kiçik və orta sahibkarlığın (bundan sonra - KOS) inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, inkişaf etmiş ölkələrdə KOS-un ÜDM və məşğulluqdakı xüsusi çəkisinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, Azərbaycanda da davamlı iqtisadi inkişafın təmin edilməsində KOS-un əsas hərəkətverici amilə çevrilməsi qarşıda duran əsas çağırışlardandır. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" ölkə iqtisadiyyatında rəqabətqabiliyyətliliyin, inklüzivliyin və dayanıqlılığın təmin olunması istiqamətində bütün ölkə üzrə həyata keçirilən tədbirlərin bir hissəsi olaraq hazırlanmışdır. Bu tədbirlər ölkə iqtisadiyyatının on bir müxtəlif sektorunu, eləcə də hər bir sektor üzrə ümumi mövzuları əhatə edən Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə strateji yol xəritələrini özündə ehtiva edir. Milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə, ümumilikdə, 12 strateji yol xəritəsi Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamının icrası məqsədilə hazırlanmışdır. Strateji Yol Xəritəsi KOS-da iqtisadi islahatların və inkişafın qısa, orta və uzunmüddətli perspektivdə əsas istiqamətlərini müəyyənləşdirir. Bu sənəd 2020-ci ilədək strateji baxışdan, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji Yol Xəritəsində 2016-2020-ci illər üçün inkişaf strategiyası və tədbirlər planında yalnız müvafiq dövr üçün strateji məqsəd və hədəflər deyil, eyni zamanda, həmin illər ərzində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün müəyyənləşdirilmiş prioritetlər və həmin prioritetlər çərçivəsində həyata keçiriləcək tədbirlər qeyd edilmiş və hər bir tədbirin adı, əsas və digər icraçıları, nəticə indikatorları və konkret icra müddəti əks olunmuşdur. Həmin prioritetlərin qısamüddətli dövrdə effektiv icrası orta və uzunmüddətli dövrdə həyata keçirilməsi nəzərdə tutulan növbəti addımların əsasını təşkil edəcək və bununla da icra prosesinin səmərəliliyi təmin ediləcəkdir. Strateji Yol Xəritəsinin icrası qeyri-hökumət təşkilatları, yerli və beynəlxalq özəl sektor tərəfdaşları ilə kommunikasiya və əməkdaşlıq şəraitində təmin ediləcəkdir.
Millət vəkili Tahir Mirkişili qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişafı kütləvi iş yerlərinin yaradılması və işsizliyin səviyyəsinin aşağı salınmasında daha çevik və effektiv vasitə hesab olunur. Bunun əsas səbəblərindən biri odur ki, kiçik və orta sahibkarlıq fəaliyyəti daha çox əmək tutumludur və sadə texnologiyalardan asılıdır. İri sahibkarlıq isə yüksək dəyərli texnologiyalardan istifadə etməyə məhkumdurlar ki, bu da yeni iş yerləri yaratmağın dəyərini artırır. Deputat bildirib ki, dünyada bütün həyata keçirilən layihələrin 90%-i kiçik və orta sahibkarlıq subyektləri tərəfindən icra edilir. Azərbaycan qeydiyyatdan keçmiş sahibkarların 99%-i kiçik və orta sahibarlıq subyektlərinə aiddirlər: "Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə Kiçik və Orta sahibkarlığın inkişafı ilə bağlı mühüm məsələlər öz əksini tapıb. Aparılan araşdırmalar göstərir ki, kiçik və orta sahibkarlıq subyektləri təşkilatı və texniki çətinliklərlə yanaşı, ən çox maliyyə çətinlikləri ilə üzləşirlər. Ənənəvi maliyyə mənbələrindən (kommersiya bankları) maliyyə vəsaitlərinin çəlb olunması kiçik və orta sahibkarlıq subyektləri üçün bix çox hallarda girov, prosedur və kredit faizi səbəblərindən mümkün olmur. Bir çox hallarda banklar iri sahibkarlıq subyektlərinə tətbiq etdiyi şərtləri (uzunmüddətli maliyyə tarixçələri, müxtəlif maliyyə sənədləri, risklərin qiymətləndirilməsi metodları və s) kiçik və orta sahibkarlı subyekələrinə də tətbiq edirlər ki, bu da nəticədə kredit sazişlərinin baş tutmamasına gətirib çıxarır. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə kiçik və orta sahibkarlıq subyektləri bu çətinliklərlə üzləşirlər. Onlara bu çətinliklərin həllində yardımçı olmaq üçün müxtəlif ölkələrdə dövlət tərəfindən Kredit Zəmanətlər Proqramları (istehsal və ixraca) həyata keçirilir. Aparılmış təhlillər göstərir ki, belə proqramlar çox səmərəli olur və nəticə etibarilə kiçik və orta sahibkarlığın sürətlə inkişafına səbəb olur. Azərbaycan Prezidenti tərəfindən imzalanan fərman ilə Kredit Zəmanəti Fondunun yaradılması kiçik və orta sahibkarlığn inkişafına xüsusi bir təkan verəcəkdir".
Göründüyü kimi, ölkənin iqtisadi inkişafı KOS-ların vəziyyətindən birbaşa asılıdır. KOS-ların iqtisadiyyatda bu dərəcədə önəmli çəkiyə sahib olması isə onların xüsusiyyətləri ilə əlaqədardır. Çünki, KOS-lar daha az investisiya ilə daha çox istehsal və məhsul müxtəlifliyi əldə etməyə malikdir. Eyni zamanda, iqtisadi dalğalanmalar KOS-lara daha az təsir göstərir. Bundan başqa, tələbata və müxtəlifliklərə rahat uyğunlaşa, bölgələrarası tarazlı iqtisadi inkişafı təmin edə bilirlər. Ən əsası, gəlir bölgüsündəki ədalətsizliyi minimum səviyyəyə endirirlər. Bu kimi xüsusiyyətlər KOS-ların ölkə iqtisadiyyatında vacib problemlərin həllində əsas iştirakçı olmasına imkan verir. Nəzərə alaq ki, maaşla çalışan insanların yarıdan çoxu məhz kiçik və orta sahibkarlığı təmsil edən müəssisələrdə çalışırlar.
Zəka