İqtisadiyyat naziri Astarada vətəndaşları qəbul edib

Avqustun 31-də İqtisadiyyat naziri Şahin Mustafayev Astarada Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə,  İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı lazımi izahatlar və məlumatlar verilib, bir sıra məsələlər yerindəcə həll edilib.

Avqustun 31-də İqtisadiyyat naziri Şahin Mustafayev Astarada Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə,  İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı lazımi izahatlar və məlumatlar verilib, bir sıra məsələlər yerindəcə həll edilib. Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün Nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib. Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehsal və emal müəssisələrinin yaradılmasına dəstək göstərilməsi, sitrus bitkilərinin əkini sahəsinin suvarılmasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31