Nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabrda başa çatacaq
29 Avqust 2017 18:21 İqtisadiyyatBakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq. Bunu "TRT Haber" telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib. Onun sözlərinə görə, hazırda layihənin Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir. Nazir qeyd edib ki, tikinti başa çatdıqdan sonra, gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq. O, həmçinin əlavə edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə işlər aparılır. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31