Hüquq müdafiəçisi: Testdən yüksək balının toplanması qabiliyyətdir, bilik göstəricisi deyil
Azərbaycanda test sisteminin ləğv olunması ilə bağlı fikirlər haçalanmaqdadır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, test sisteminə neqativ münasibəti ciddi qənaətlərinə əsaslanır: “Neçə illərdir dövlət qulluğu üzrə müsahibə komissiyasının üzvü olmuşam.
25 Avqust 2017 14:22 İqtisadiyyatAzərbaycanda test sisteminin ləğv olunması ilə bağlı fikirlər haçalanmaqdadır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, test sisteminə neqativ münasibəti ciddi qənaətlərinə əsaslanır: "Neçə illərdir dövlət qulluğu üzrə müsahibə komissiyasının üzvü olmuşam. Ədliyyə Nazirliyində, Məhkəmə-Hüquq Şurasında bütün imtahan mərhələlərini müşahidə edirəm. 100 mümkün balda 93 bal toplayan hüquqşünasın konstitusiyadan verilən ən elementar suallara cavab verə bilməməsinin gözlərimlə görmüşəm. Əgər test imtahanında 100 mümükün baldan 80i və daha artığını toplayan hüquqşünası hakimiyyətin 3 qolunun adlarını deyə bilmirsə, qanunvericilik təşəbbüsü subyektlərini sadalaya bilmirsə, onda bu sitemin saxlanılması anlaşılan deyil. Testdən yüksək və ya keçid balının toplanması qabiliyyətdir əlbəttə, amma fikrimcə bilik göstəricisi deyil. Bu sistem qaldıqca yüksək təhsilin adını belə çəkməli deyilik. Amma bizdə çox savadlı insanlar da yetişir. Bu test sisteminin uğuru deyil. Onsuz da hələ uzun müddət bu sistem qalacaq. Çünkü maraqlı tərəflər çoxdur. Bu söz-söhbət isə çoxdan var".