Enerji şaxələndirilməsi istiqamətində qətiyyətli addımlar - TƏHLİL

Bəlli olduğu kimi, ötən ay Türkiyənin İstanbul şəhərində 22-ci Dünya Neft Konqresi keçirildi və bu toplantıda Azərbaycanın neft-qaz ixracatçısı olan ölkələr sırasındakı özünəməxsus yeri və rolu bir daha öz təsdiqini tapdı və heç şübhəsiz ki, bu da təsadüfi deyil. Məhz bu rol Azərbaycanın beynəlxalq çəkisinə də müstəsna təsir göstərir.

Azərbaycanın regionda və dünya dövlətləri arasındakı artan mövqeyi gələcəkdə daha böyük masştabları əhatə edəcək 

Bəlli olduğu kimi, ötən ay Türkiyənin İstanbul şəhərində 22-ci Dünya Neft Konqresi keçirildi və bu toplantıda Azərbaycanın neft-qaz ixracatçısı olan ölkələr sırasındakı özünəməxsus yeri və rolu bir daha öz təsdiqini tapdı və heç şübhəsiz ki, bu da təsadüfi deyil. Məhz bu rol Azərbaycanın beynəlxalq çəkisinə də müstəsna təsir göstərir.

Belə ki, ki, onu da xatırlatmaq yerinə düşərdi ki, İstanbulda "Enerji gələcəyimizə körpülər" devizi altında təşkil olunan 22-ci Dünya Neft Konqresinə 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbərləri qatılmışdı. Məhz belə bir mötəbər toplantıda ölkəmizin başda Prezident İlham Əliyevlə təmsil olunması qürurverici idi.
Çünki Azərbaycan beynəlxalq dairələrdə etibarlı tərəfdaş kimi xarakterizə olunur. Eyni zamanda, ölkəmiz öz ehtiyyatlarından konstruktiv, tərəflər üçün faydalı olacaq əməkdaşlıq mühiti şəraitində istifadə edir, heç bir halda bu resursları təzyiq rıçaqı kimi istifadə etmir.

Prezident İlham Əliyev: "Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək"

Bu arada, dövlətimizin başçısı cənab İlham Əliyevin konqresdə, prezidentlərin tədbirindəki çıxışı zamanı Azərbaycanın enerji təhlükəsizliyi məsələsindəki mövqeyindən bəhs edərkən irəli sürdüyü əhəmiyyətli tezisləri bir daha xatırlamaq olar. Belə ki, ölkə rəhbərimiz vurğulamışdı: "Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək ümid edirəm ki, yaxşı nəticələr göstəririk".

Yeri gəlmişkən, daha bir mühüm faktor Azərbaycan yalnız neft ölkəsi deyil, həm də böyük qaz ehtiyatları olan qaz ixracatçısı kimi daim dünya bazarında diqqət mərkəəzində olmasıdır. Əbəs yerə deyil ki, ölkəmizin dünya bazarlarındakı qaz alıcıları şəbəkəsi mütəmadi olaraq genişlənməkdədir.

"Cənub Qaz Dəhlizi" layihəsinin icrası - Azərbaycan bənzərsiz əməkdaşlıq formatı yaradıb

Prezident İlham Əliyev Azərbaycanın qaz ixracatçısı ölkəsi kimi rol almasını "Cənub Qaz Dəhlisi" layihəsi ilə əlaqələndirdiyi zaman vurğulayıb: ""Cənub Qaz Dəhlizi" layihəsinin icrasında yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi də gələcəkdə Cənub Qaz Dəhlizinə qoşula bilər. Bu istiqamətdə də müvafiq işlər aparılır. Yəni, biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir."

Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir

Beləliklə, qeyd edilən amillərin təhlilini apararkən bir daha əmin ola bilərik ki, Azərbaycanda yürüdülən uğurlu neft və qaz siyasəti beynəlxalq arealda ölkəmizin enerji təhlükəsizliyindəki rolunu dəfələrlə artırmış olur. Daha dəqiq desək, qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini daha öncələr verdiyi kimi, bu dəfə də həmin ənənəsinə sadiq qalmaqdadır. Həmçinin, ölkə rəhbərimizin irəli sürdüyü fikirlərdən həm də belə qənaətə gəlməyə zəmin yaranır ki, Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir: "Bu qaz ehtiyatları yeni xətlə Avropa bazarlarına çıxarılacaqdır. Yəni, bizim üstünlüyümüz ondan ibarətdir ki, burada hər iki amil var. Bu da enerji şaxələndirilməsi istiqamətində çox ciddi bir addımdır."

Nəticə olaraq xalqımız bir daha əmin olur ki, Azərbaycanın regionda və dünya dövlətləri arasındakı artan mövqeyi gələcəkdə daha böyük masştabları əhatə edəcək. Bu isə ilk növbədə dövlətimizin güclənməsi, çiçəklənməsi və tərəqqisində əhəmiyyətli məqamları ehtiva edəcək. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31