Vətəndaşlar diqqətli olmalıdır
"Dünən hərbi hissədə baş vermiş yanğın arzuolunmaz haldır. Hadisə ilə əlaqədar dövlət başçısı komissiya yaratmaq üçün sərəncam imzalayıb. Komissiyanın tərkibinə müxtəlif sahələri əhatə edən mütəxəssislər cəlb olunubdur". Bu sözləri millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, baş Prokrurluqda da məsələylə bağlı cinayət işi açılıb: "Komissiyya tam dəqiqliklə hadisənin baş vermə səbəblərini araşdıracaq və işə məsuliyyətsiz yanaşan şəxslər haqqında ölçü götürüləcəkdir.
28 Avqust 2017 15:36 İqtisadiyyat"Dünən hərbi hissədə baş vermiş yanğın arzuolunmaz haldır. Hadisə ilə əlaqədar dövlət başçısı komissiya yaratmaq üçün sərəncam imzalayıb. Komissiyanın tərkibinə müxtəlif sahələri əhatə edən mütəxəssislər cəlb olunubdur". Bu sözləri millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, baş Prokrurluqda da məsələylə bağlı cinayət işi açılıb: "Komissiyya tam dəqiqliklə hadisənin baş vermə səbəblərini araşdıracaq və işə məsuliyyətsiz yanaşan şəxslər haqqında ölçü götürüləcəkdir.
Sosial şəbəkələrdə insanlar tərəfindən şəkillər çəkib yaymağı düzgün hesab etmirəm. Amma çox təəssüf ki, bəzi insanlar bunu dərk etmir. Hər bir vətəndaşda smartfon telefonlar var və həmin insanlar bir hadisə olan kimi həmin dəqiqə onun çəkilişini aparıb sosial şəbəkələrdə yayırlar. Onlar dərk etmirlər ki, hərbi ilə bağlı hər bir informasiya da məxfilik var və onun çəkilişini yaymaq olmaz. Qaldı ki, media qurumları onlar ancaq, Müdafiə Nazirliyinin məlumatlarına istinadən xəbər verməlidir. Ayrıca özfəaliyyət qanunla qadağan olunub və həm də hər bir informasiyadan düşmən istifadə edə bilər. Ona görə də hər bir vətəndaş belə işlərə diqqətlə yanaşmalıdır". Sia.az