İqtisadiyyat

“Günəşli”dəki 5 saylı platformada əlavə 8 quyu qazılacaq

16 Avqust 2017 11:20

SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında ''Günəşli” yatağındakı 5 saylı Dərin Dəniz Özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır.

İtaliyanın iri şirkəti Azərbaycanda fındıqçılığın inkişafına dəstək göstərə bilər

15 Avqust 2017 17:37

İtaliyanın məşhur "Ferrero" şirkəti Azərbaycanda fındıqçılığın inkişafına dəstək göstərə bilər. Bu məsələ şirkət nümayəndələri ilə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov arasında keçirilən görüş zamanı müzakirə olunub.

Sosial-iqtisadi inkişafın Azərbaycan modeli

15 Avqust 2017 15:32

Azərbaycan daha bir uğurlu inkişaf mərhələsinə qədəm qoyur. Əgər 2004-cü ildən icrasına başlanılan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları paytaxt Bakı və əyalətlərin inkişaf etdirilməsi, işsizlik probleminin aradan qaldırılması, yeni müəssisə və zavodların açılmasına xidmət edirdisə, hazırkı mərhələ 13 il ərzində yaradılmış infrastruktur əsasında Azərbaycanda müxtəlif sahələrin inkişaf etdirilməsi,  yerli istehsalın artırılması və onun xarici bazarlara çıxarılmasına xidmət edir. Hər halda son illər ərzində baş verən proseslər, dövlət tərəfindən bu sahədə atılan addımlar belə deməyə əsas verir. Elə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara səfərləri çərçivəsində keçirdiyi görüşlər də məhz bu məqsədə xidmət edir. Məlumat üçün qeyd edək ki, artıq bir neçə ildir  dövlət başçısı regionlara səfərləri zamanı həmin regionda ənənəvi sahələrin inkişaf etdirilməsinə həsr olunmuş müşavirələr keçirir. Və həmin müşavirələr ayrı-ayrı regionlarda ənənəvi sahələrin inkişaf etdirilməsində mühüm rol oynayır. Keçən il Sabirabad rayonu, bu il isə Saatlı və Yevlax rayonlarında pambıqçılığın, eləcə də qeyri-neft ixracatçılarının inkişaf etdirilməsinə, həmçinin bir neçə gün əvvəl şimal-qərb regionuna səfər zamanı Qax rayonunda tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə həsr olunmuş müşavirələr də məhz bu məqsədə xidmət edirdi.

Problemli kreditlər məhkəmə predmeti ola bilərmi?

15 Avqust 2017 15:10

Son vaxtlar cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də bankla onun müştərisi arasında yaranan problemdir. Xüsusilə, bu problem 2015-ci ildən etibarən, bir qədər də dəqiqləşdirsək milli valyutanın dəyərinin xarici valyutaya, konkret olaraq Amerika dollarına nisbətən ucuzlaşmasından sonra meydana gəldi. Bir-birinin ardınca baş verən devalvasiya prosesi bankla müştəri arasında ciddi mübahisə predmeti yaratdı ki, bir çox hallarda bu mübahisə predmeti məhkəmə çəkişmələrinə qədər gedib çıxdı. Bankların müştəriyə verdiyi krediti dolların yeni məzənnəsinə uyğun tələb etməsi ikincinin borcu qaytara bilməməsi ilə nəticələndi ki, tərəflər arasında yaranan bu gərginlik üçüncü tərəfi də vurdu.

Büdcə kəsirlə icra olunub

15 Avqust 2017 14:57

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2017-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 9410,7 mln. manat vəsait daxil olub. Dövlət Statistika Komitəsindən “Olaylar”a  verilən məlumata görə, büdcədən 9765,6 mln. manat vəsait xərclənib.

Dünyada ərzaq məhsullarının qiyməti qalxır

15 Avqust 2017 14:26

“Bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır. Bu, heç də yaxşı tendensiya deyil”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, istehlak artır, istehsal isə bir çox ölkələrdə düşür: “Nəzərə alsaq ki, bu, ölkəmizdə məhz valyuta gəlirlərimizin azaldığı bir dövrə, yəni qeyri-neft sektorunu hələ yenicə inkişaf etdirmək istədiyimiz bir dövrə təsadüf edir, bizim üçün daha böyük çətinliklər gözlənilir.

Bitkiçilik məhsullarının qiyməti ucuzlaşıb

15 Avqust 2017 14:02

2017-ci ilin iyul ayında iyun ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3%, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% bahalaşıb.

Rusiyada ən çox qazanan azərbaycanlılardır

14 Avqust 2017 16:48

Rusiyada miqrantların sayı azalıb və onlar indi daha çox leqal əməklə məşğul olur və yerli sakinlərin tənəli baxışlarına az rast gəlirlər.  Rusiyada yaşayan əcnəbilər arasında ən çox qazanan azərbaycanlılardır. Bu ilin fevral-mart aylarında Ali İqtisad Məktəbinin sifarişi ilə Etnosiyasi və Regional Tədqiqatlar Mərkəzinin MDB ölkələrini və Gürcüstanı təmsil edən miqrantlar arasında keçirdiyi sorğu göstərib ki, gəlmələrin 70%-dən çoxu Rusiyada tam qanuni əsaslarla çalışır.

“Neft Daşları”nda yeni quyu istismara verilib

14 Avqust 2017 15:55

“Azneft” İstehsalat Birliyi tərəfindən hasilat quyularının qazılması istiqamətində işlər uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə “Neft Daşları” yatağında yerləşən 1954A saylı estakadayanı meydançadan 2686 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu Qırmakıaltı lay dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1219-1211 metr dərinlikdən sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir

Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün daha bir imkan

14 Avqust 2017 14:37

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu dünya ölkələrinin, eləcə də beynəlxalq təşkilatların diqqətindən kənarda qalmayıb. Ölkənin social-iqtisadi inkişafı, təhlükəsiz həyat şəraitin mövcudluğu, xüsusən beynəlxalq tədbirlərin təşkili baxımdan təcrübəsi diqqəti cəllb edib. Elə bu səbədən də Azərbaycan ən müxtəlif beynəlıxalq tədbirlərə ev sahibliyi etməkdə davam edir.

Muzdla işləyənlərin 7,3 faizi tikinti sektorunda çalışıb

11 Avqust 2017 16:33

Cari il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 527,7 min nəfər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 646,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 7,3 faizi tikinti və 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olublar. Həmin müddət ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 522 manat təşkil edib. Tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Deputat: Tütünçülük üzrə dövlət proqramının qəbul edilməsi bu sahənin inkişafını sürətləndirəcək

11 Avqust 2017 14:50

Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət proqramı bu sahənin inkişafının sürətlənməsinə xidmət edəcək. Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. Onun sözlərinə görə, dövlət proqramı bu sahənin inkişaf planını konkretləşdirəcək və çatışmayan infrastrukturu yaratmağa imkan verəcək: “Sektor qarşısında 2021-ci ilədək tütün istehsalını ildə 12 min tona çatdırmaq məqsədi qoyulub. Bu göstərici ölkədə tütün məhsullarına olan tələbatı təmin etməkdən əlavə, həm də tütünü ixrac etməyə də imkan verəcək”.

Ölkədə işsizliyin səviyyəsi aşağı düşüb

11 Avqust 2017 14:34

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində işsizlik səviyyəsi azalıb, yeni müəssisə və zavodlar hesabına çoxlu sayda iş yerləri açılıb. Hazırda da davam edən bu proqramlar nəticəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub.

Azərbaycan aqrar sektorda geniş potensiala malik ölkədir

11 Avqust 2017 14:31

2004-cü ildən etibarən uğurla icra olunan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları bölgələrin simasını əsaslı dərəcədə dəyişməklə yanaşı, respublikanın şəhər və rayonlarında açılan yeni müəssisə və zavodlar hesabına işsizlik probleminin də aradan qaldırılmasına müsbət təsir göstərdi. Hazırda da uğurla davam edən bu proqram çərçivəsində qeyri-neft sektorunun mühüm sahələrindən biri olan kənd təsərrüfatı öz inkişaf dövrünü yaşayır. Regionlar üzrə ənənəvi sahələrin müəyyən edilib inkişaf etdirilməsi həm ölkəmizin ixrac potensialını artırır, həm də yerli məhsullar hesabına daxili tələbat ödənilir. Elə bir neçə gün Prezident İlham Əliyevin iştirakı ilə Qaxda tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi də məhz bu məqsədə xidmət edirdi.

Barama istehsalı Azərbaycan üçün ənənəvi sahədir

11 Avqust 2017 14:30

Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində baramaçılıq sahəsinin də inkişaf edərək, əvvəlki şöhrətinə çatacağı gözlənilir. Nəzərə almaq lazımdır ki, baramaçılıq olduqca qədim tarixə malik gəlirli məşğulluq növlərindən biridir.Tarixi mənbələrə görə, tut ipəkqurdundan ipəyin alınması, hələ eramızdan əvvəl XXVII əsrlərdə məlum olub. Arxeoloji qazıntılar bu sənətin, hətta eramızdan 5 min il əvvəl mövcud olduğunu da göstərir.