Dünyada ərzaq məhsullarının qiyməti qalxır

“Bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır. Bu, heç də yaxşı tendensiya deyil”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, istehlak artır, istehsal isə bir çox ölkələrdə düşür: “Nəzərə alsaq ki, bu, ölkəmizdə məhz valyuta gəlirlərimizin azaldığı bir dövrə, yəni qeyri-neft sektorunu hələ yenicə inkişaf etdirmək istədiyimiz bir dövrə təsadüf edir, bizim üçün daha böyük çətinliklər gözlənilir.

"Bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır. Bu, heç də yaxşı tendensiya deyil". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, istehlak artır, istehsal isə bir çox ölkələrdə düşür: "Nəzərə alsaq ki, bu, ölkəmizdə məhz valyuta gəlirlərimizin azaldığı bir dövrə, yəni qeyri-neft sektorunu hələ yenicə inkişaf etdirmək istədiyimiz bir dövrə təsadüf edir, bizim üçün daha böyük çətinliklər gözlənilir. Məlumdur ki, son 7 ayın yekununa görə inflyasiya artıq, 14 %-dir.  Bu, çox böyük rəqəmdir. Özü də ki, dövriyyədə nəğd manat kütləsinin qıt olduğu bir məqamda.  Yəni, ölkədə sərt pul-kredit siyasəti həyata keçirildiyi bir dövrdə. Deməli, qiymətlər intensiv yolla yüksəlir. Və qarşıda bizləri daha böyük bahalaşma gözləməkdədir. Ancaq bu, hələki ehtimaldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31