Sosial-iqtisadi inkişafın Azərbaycan modeli
Azərbaycan daha bir uğurlu inkişaf mərhələsinə qədəm qoyur. Əgər 2004-cü ildən icrasına başlanılan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları paytaxt Bakı və əyalətlərin inkişaf etdirilməsi, işsizlik probleminin aradan qaldırılması, yeni müəssisə və zavodların açılmasına xidmət edirdisə, hazırkı mərhələ 13 il ərzində yaradılmış infrastruktur əsasında Azərbaycanda müxtəlif sahələrin inkişaf etdirilməsi, yerli istehsalın artırılması və onun xarici bazarlara çıxarılmasına xidmət edir. Hər halda son illər ərzində baş verən proseslər, dövlət tərəfindən bu sahədə atılan addımlar belə deməyə əsas verir. Elə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara səfərləri çərçivəsində keçirdiyi görüşlər də məhz bu məqsədə xidmət edir. Məlumat üçün qeyd edək ki, artıq bir neçə ildir dövlət başçısı regionlara səfərləri zamanı həmin regionda ənənəvi sahələrin inkişaf etdirilməsinə həsr olunmuş müşavirələr keçirir. Və həmin müşavirələr ayrı-ayrı regionlarda ənənəvi sahələrin inkişaf etdirilməsində mühüm rol oynayır. Keçən il Sabirabad rayonu, bu il isə Saatlı və Yevlax rayonlarında pambıqçılığın, eləcə də qeyri-neft ixracatçılarının inkişaf etdirilməsinə, həmçinin bir neçə gün əvvəl şimal-qərb regionuna səfər zamanı Qax rayonunda tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə həsr olunmuş müşavirələr də məhz bu məqsədə xidmət edirdi.
15 Avqust 2017 15:32 İqtisadiyyatArtıq dünya ölkələri üçün də bu model cəlbedici görünür

Bir məqama da diqqət yetirək ki, bütün sadaladığımız tədbirlər bir tərəfdən ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, yerli istehsalın artırılması və bununla da Azərbaycandan xarici valyutanın çıxarılmasına xidmət edirsə, digər tərəfdən ölkədəki sosial problemlərin həllinə hesablanıb. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 illik hakimiyyət dövrünə nəzər yetirsək aydın şəkildə görərik ki, İlham Əliyevin prezident kimi əsas diqqət yetirdiyi sahələrdən biri də sosial sahə olub. Hələ prezidentliyinin ilk ilində dövlət başçısı kimi and içərkən Azərbaycanda 600 min yeni işl yerinin açılacağına dair verdiyi vəd və bu vədin qısa zamanda gerçəkləşməsi, 2004-cü ildən mərhələli şəkildə həyata keçirilən regionlar proqramlar məhz bu məqsədə xidmət edirdi. Dünyanı ağır iqtisadi və maliyyə böhranı bürüyən ərəfədə əksər inkişaf etmiş ölkələr böhrana qədərki dövrdə nəzərdə tutduqları bir çox sosial layihələri təxirə salıb və ya onları ümumiyyətlə ləğv etdiyi halda, Azərbaycan dövlətinin heç bir sosial layihəni dayandırmaması, hətta yeni sosialyönümlü layihələrin icrasına start verilməsi həm də Azərbaycan dövlətinin sosialyönümlü bir siyasət həyata keçirdiyindən xəbər verirdi. Nədən ki, ölkədə sosial problemlərin həlli, vətəndaşların rahat və yaxşı şəraitdə yaşaması Prezident İlham Əliyevin fəaliyyətində əsas prioritetlərdən birididr. 14 illik hakimiyyəti dövründə həyata keçirilən sosial layihələr, maaş və pnsiyaların bu illər ərzində bir neçə dəfə artırılması, işsizlik probleminin minimum səviyyəyə endirilməsi deyilənlərin sübutudur. Və göründüyü kimi dövlət başçısı hazırda da bu siyasətə sadiqdir və hər bir Azərbaycan vətəndaşının taleyi, yaşam tərzi, həyat şəraiti cənab Prezidentin ciddi şəkildə maraqlandırır, bu sahədə mövcud olan müəyyən çətinliklər dövlət başçısını narahat edir. Və sevindirici hal ondan ibarətdir ki, dərhal da ölkənin birinci şəxsi tərəfindən həmin narahatedici məqamların aradan qaldırılması məqsədilə operativ, təsirli tədbirlər görülür. Bunun ən bariz nümunələrindən biri elə yuxarıda qeyd etdiyimiz Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifi olduğu Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının reallaşdırılması nəticəsində ümumən Azərbaycanın siması dəyişib, onun tərəqqisi baş verib. Bu proqramların uğurlu icrası nəticəsində Azərbaycanın bütün bölgələrində quruculuq-abadlıq işləri həyata keçirilib, yeni infrastruktur yaradılıb. Həmçinin regionlarda həyata keçirilən aqrar və sənaye layihələri nəticəsində Azərbaycanın kənd təsərrüfatı üçün ənənəvi sayılan sahələr dirçəldilib, bərpa olunub. Nəticədə yeni sənaye, istehsal müəssisələri işə düşüb ki, bu da yeni iş yerlərinin açılması, nəticə etibarilə insanların yaşayış səviyyəsi yüksəlməsinə öz müsbət təsirini göstərib.
Göründüyü kimi regionlarda mövcud infrastrukturun inkişafı və yenidən qurulması, məşğulluğun təmin edilməsi, yeni zavod və digər istehsalat müəssisələrinin fəaliyyətə başlaması, kənd təsərrüfatına göstərilən qayğı ölkədə aparılan iqtisadi və sosial islahatların müsbət nəticələrini ortaya qoyub. Bütün bu həyata keçirilən tədbirlər, eləcə də ölkədə həyata keçirilən siyasət ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, eyni zamanda yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaradır ki, artıq dünya ölkələri də bu modellə yaxından maraqlanır, Azərbaycanın təcrübəsinə diqqət yetirirlər. Bu isə Azərbaycanın uğurlu sosial-iqtisadi inkişaf yolu keçdiyini bir daha təsdiqləyir.
Süleyman İsmayılbəyli