İqtisadiyyat

Ekspert: “Mənzillərin qiymətində artım gözlənilmir”

11 Avqust 2017 14:04

Mənzillərin qiymətinin gələn aydan artacağı ilə bağlı açıqlamalar yenidən gündəmə gəlməyə başladı. Son 4 ildə belə məlumatlar daimi olaraq mətbuata sızdırılır. Amma nə qiymət, nə də mənzil alanların sayı artır. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və "qiymət artımları" baş vermədən ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir. Reallıqda əmlak bazarında vəziyyət necədir?

Aşqabad və Bakı arasında strateji tərəfdaşlığın bünövrəsi qoyuldu

11 Avqust 2017 13:50

Azərbaycanın xarici siyasətdə həyata keçirdiyi uğurlu strategiya, yaxın və uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atdığı addımlar Bakıya olan marağı getdikcə artırır. İndi Qərbdən tutmuş Avropaya, Şərqdən Asiyaya qədər bütün ölkələr Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə, Bakını özünün strateji tərəfdaşına çevirməyə çalışır. Çünki Azərbaycanın yerləşdiyi coğrafiyada malik olduğu imkanlar, yeraltı və yerüstü sərvətləri, ən əsası zəngin enerji resursları və ölkəmizin iştirakı və bilavasitə təşəbbbüsü ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat layihələri Bakını cəlbedici edir.

Tütünçülüyün inkişafında inqilabi yenilik

11 Avqust 2017 13:46

Qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi ölkəmizdə əsas prioritetlərdən biri sayılır. Artıq bir neçə ildir ki, bu istiqamətdə məqsədyönlü addımlar atılır, islahatlar həyata keçirilir. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, bu zaman ənənəvi, eləcə də ölkəyə xarici valyuta gətirə bilən sahələrin inkişaf etdirilməsi əsas diqqət mərkəzində olur. Bu baxımdan pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı xüsusi əhəmiyyət kəsb edir. Elə dövlət başçısının istər keçən il, istərsə də bu il regionlara səfərləri zamanı qeyd edilən sahələrin inkişaf etdirilməsinə həsr olunmuş müşavirələr keçirməsi deyilənlərin əyani sübutudur.

TANAP-ın dəniz hissəsinin tikintisinə BAŞLANILDI

11 Avqust 2017 11:26

Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) dəniz hissəsinin tikintisi çərçivəsində Asiya və Avropa qitələrində sahil boyu xəndəklər qazılıb. 

OPEC-in neft hasilatı artıb

10 Avqust 2017 19:00

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) gündəlik neft hasilatı iyul ayında əvvəlki aya görə 173 min barrel artaraq 32 milyon 870 min barrelə yüksəlib. Bu barədə təşkilatın aylıq hesabatında deyilir. Bildirilir ki, iyulda qeyri-OPEC ölkələrində neft hasilatı gündəlik 520 min barrel artaraq 64 milyon 490 min barrelə çatıb.

Mahir Abbaszadə: “Kənd təsərrüfatının çox sürətlə inkişafına gətirib çıxaracaq”

10 Avqust 2017 13:03

“Son vaxtlar Azərbaycan iqtisadiyyatın inkişafında post-neft mərhələsi deyilən bir mərhələyə qədəm qoyub. Post-neft mərhələsi özündə neftdən asılı olmayan iqtisadiyyatı cənab Prezidentin həmişə qeyd etdiyi kimi şaxələndirilmiş iqtisadiyyatı özündə nəzərdə tutur. Şaxələndirilmiş iqtisadiyyatın da növlərindən biri kənd təsərrüfatının inkişafıdır”. Bunu millət vəkili Mahir Abbaszadə deyib.

Xarici investisiyalar hesabına həyata keçirilən yol layihələri

10 Avqust 2017 12:19

2017-ci ilin I rübü ərzində respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına aşağıda göstərilən layihələrdə də işlər davam etdirilib.

Ərzaq təhlükəsizliyi daxili imkanlar hesabına təmin ediləcək

9 Avqust 2017 14:31

Prezident İlham Əliyevin işritakı ilə Qax rayonunda keçirilən respublika müşavirəsi ölkədə ərzaq təhlükəsizliyini təminatı baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən müşavirədə qaldırılan məsələlərin icrası, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi heç şübhəsiz ki, aqrar sahənin inkişafında mühüm rol oynayacaq.  Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib ki, prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Nəticədə, ölkənin potensialından daha səmərəli istifadə olunur, regionlarda iqtisadi aktivlik artır və işsizlik problemi həllini tapır, insanların sosial təminatları getdikcə güclənir. C.Osmanov bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişib, regionlar da iqtisadi güc amilinə çevirib. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb: “Müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionlarda güclü sahibkarlar ordusu formalaşıb.

Sədaqət Vəliyeva: "Regionların inkişafı Azərbaycanın tərəqqisi deməkdir"

9 Avqust 2017 11:10

"Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2004-cü ildən başlayaraq ölkə iqtisadiyyatında yeni bir istiqaməti – regionların sosial-iqtisadi inkişafını dövlət siyasətinin prioriteti elan etdi". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat: Respublika müşavirəsi texniki bitkilərin istehsalının artırılması üçün yol xəritəsini müəyyənləşdirdi

8 Avqust 2017 17:27

Qaxda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən respublika müşavirəsi texniki bitkilərin istehsalının artırılması üçün yol xəritəsini müəyyənləşdirdi. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Bu ərzaq məhsulları bahalaşıb

8 Avqust 2017 14:42

2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 14 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, ərzaq məhsullarının qiymətləri 18,2, qeyri-ərzaq məhsullarının qiymətləri isə 12,6 faiz artıb. Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də bahalaşıb – 9,6 faiz.

Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub

8 Avqust 2017 14:34

2017-ci ilin iyul ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub. Bu müraciətlərin 730-dan çoxu canlı rejimdə, 190-dan çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 69 minə yaxın müraciət daxil olub.

İsti yay günlərində Bakı sakinlərini zəhərləyən kimdir?

8 Avqust 2017 14:21

İqtisadiyyat Nazirliyi dondurma bazarında araşdırma apararaq, tərkibində insan sağlamlığı üçün təhlükəli mikrob və bakteriyalar olan dondurmaların siyahısını açıqladı. Lakin təhlükəli hesab edilən dondurmalar hələ də satış mərkəzlərindən yığışdırılmayıb.

Keçən ay dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödənilib

8 Avqust 2017 13:53

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin iyul ayında dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 milyon 755 min manat və ya 101,4 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında büdcəyə 914 milyon 566 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 milyon 625 min manat və ya 115,9 faiz çoxdur. 

Ənənəvi ixracyönümlü sahələrin inkişafı diqqət mərkəzindədir  

8 Avqust 2017 13:20

Prezident İlham Əliyev tərəfindən  kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, bu növ məhsulların ixracatının artırılması istiqamətində müvafiq qurumlara bir sıra tapşırıqlar verilmişdir. Sözügedən tapşırıqlar əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi ilə məhsuldarlığın artırılması, konkret olaraq pambıqçılığın, çayçılığın, üzümçülüyün, baramaçılıq və tütünçülüyün inkişafı ilə bağlıdır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, sadalanan sahələr üzrə əkin yerləri genişləndirilmiş, məhsuldarlığın artmasına nail olunmuşdur.