İqtisadiyyat

Əkbər Qoşalı: “Baramaçılıq, tütünçülük, fındıqçılıq yeni nəfəs istəyir”

8 Avqust 2017 12:57

“Ölkə başçısı cənab İlham Əliyev ardıcıl olaraq, rayonlara, qəsəbələrə səfərlər edir, problemlərlə yerində maraqlanır; habelə yeri gəldikcə, ən ucqar kəndlərə də gedir, ayrı-ayrı ailələrdə qonaq olur, vətəndaşları dinləyir və s. – Bu, “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” müdrik kəlamının bir daha parlaq şəkillənməsi, təzahürüdür.

Azərbaycanın kənd təsərrüfatında inqilabı inkişaf

8 Avqust 2017 12:29

Ölkədə kənd təsərrüfatını inkişaf etdirmək, idxalı azaltmaqla ixrac potensialını artırmaq dövlətin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Burada müsbət tendensiya ondan ibarətdir ki, əsas etibarilə regionlar üzrə ənənəvi sahələrin inkişaf etdirilməsi əsas diqqət mərkəzindədir.

“Neft Daşları” yatağında yeni quyu sutkada 10 ton neft verəcək

7 Avqust 2017 18:40

“Neft Daşları” yatağında 1637A nömrəli estakadayanı meydançadan 2648 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.  “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1770 metrdir. 

SKMF investisiya layihələrinin qəbuluna başlayır

7 Avqust 2017 18:11

Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il avqustun 4-də Saatlı rayonunun Qıraqlı kəndində işgüzar forum keçirmişdir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Saatlı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir: əkinçilik (qarğıdalı, soya, mərci və noxud), intensiv bağçılıq (nar, gilas, gavalı), kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının, eləcə də süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması. Avqustun 7-dən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya veriləcək

7 Avqust 2017 17:57

Nazirlər Kabineti "Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası" təsdiq edib.

Ərzaq təhlükəsizliyi: yerli istehsalat və uğurlu nəticələr

7 Avqust 2017 17:25

Məlum olduğu kimi, bu gün Azərbaycanın qarşısında duran ən vacib vəzifələrdən biri də əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatıdır. Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Məhz buna görə də, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq, ərzaq təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib.

Pambıqçılığın inkişafına dövlət dəstəyi kifayət qədər böyükdür

7 Avqust 2017 15:42

“Ölkədə qeyri-neft sektorunun sürətli inkişafını müəyyən edən iqtisadi strategiyaya uyğun olaraq pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Pambıq xammmal şəkilində satılaraq valyuta gətirməklə yanaşı, həm də yüngül sənayenin inkişafında xüsusi əhəmiyyət kəsb edir”.

Ölkəmizin xarici məhsullardan asılılığını azaltmaq əsas hədəfdir

7 Avqust 2017 14:10

Artıq bir neçə ildir ki, Prezident İlham Əliyev respublikanın müxtəlif regionlarına səfərləri zamanı həmin zonaya xas olan sahələrin inkişaf etdirilməsi məqsədilə regional müşavirələr keçirir, dövlət qurumları, iş adamları, sahibkarların iştirakı ilə mühüm müzakirələr aparır. Ötən müddət ərzində Saatlı və Sabirabad rayonunda pambıqçılığın inkişaf etdirilməsi, Yevlaxda qeyri-next ixracatçıları ilə keçirilən müşavirələr buna misaldır. Bu günlərdə isə dövlət başçısı respublikanın şimal-qərb zonasına səfəri zamanı baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirdi. Müşavirədə qeyd edilən sahələrin daha da inkişafının zəruriliyi qeyd edilməklə yanaşı, müvafiq dövlət qurumları, iş adamlarına müəyyən tapşırıq və tövsiyyələr də verildi. Qaxda keçirilən müşavirədən ümumi gəlinən qənaət ondan ibarət idi ki, qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi və ixrac potensialının artırılmasıdır. Bu sahədə Azərbaycanda   böyük potensial var və növbəti illərdə görüləcək tədbirlər nəticəsində Azərbaycan böyük ixrac potensialına malik olacaq.

20 səhmdar cəmiyyəti hərraca çıxarılıb

7 Avqust 2017 13:22

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 sentyabr tarixində keçiriləcək hərracda 66 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 22-i kiçik dövlət müəssisə və obyekti, 17-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i səhmdar cəmiyyəti, 7-i isə nəqliyyat vasitəsidir.

122 kilo həşiş ələ keçirildi

7 Avqust 2017 13:20

Türkiyənin Mersin şəhərində Liberiya bayrağı ilə üzən  bir gəmidə ümumi dəyəri 24 milyon 537 min TL dəyərində 122 kilo kokain ələ keçirilib. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, Türkiyə Gömrük Mühafizə Qaçaqçılıq və Kəşfiyyat Müdürlüyünə verilən məlumata əsasən, Ekvadordan Mersinə gələn banan yüklü gəmidə əməliyyat həyata keçirilib. Keçirilən əməliyyat zamanı məlum olub ki, gəmidəki bananlar yanaşı, gəminin tavanında 102 paketdə ümumi 122 kilo 685 qram kokain gizlədilib.

"Tarqovı"da özünü ərəblərə satan qadın həbs olundu - VİDEO

7 Avqust 2017 11:37

Ərəb turistlərin Azərbaycana kütləvi şəkildə axını bəzi işbazların da bazarını canlandırıb. Xüsusi orqanlar gecələr şəhərin mərkəzi küçələrində özünü satışa çıxardan qadınlara qarşı güclü mübarizə aparır.

“Sahil” stansiyası bağlanır

5 Avqust 2017 15:58

Bakı metropoliteninin “Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq.  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumatı təsdiqləyərək, “Sahil” metro stansiyasının təmir olunacağını deyib.

Strateji kənd təsərrüfatı sahələrinin inkişafı dövlətin diqqət mərkəzindədir

4 Avqust 2017 17:52

Artıq bir neçə ildir ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini zərurətə çevirib. Düzdür, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar 2004-cü ildən atılmağa başlayıb və ötən illər ərzində həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları bu sahənin inkişafına kifayət qədər təkan verib, şərait yaradıb. Amma, mövcud potensial, imkanlar indiyə qədər əldə edilən nəticələrdən dəfələrlə çox olduğundan qeyd edilən istiqamətdə daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, addımların atılması günün tələbinə çevrilib.

Azərbaycan 100 min şüşədən artıq gürcü şərabı idxal edib

4 Avqust 2017 13:37

2017-ci ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana şərab ixracında artım qeydə alınıb. 

İyunda əhalinin əmanətləri artıb

4 Avqust 2017 12:14

Bu ilin iyul ayının 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 687,2 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Hesabatdan məlum olur ki, iyun ayında ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği yüksəlib. Belə ki, may ayı ilə müqayisədə iyunda banklardakı depozitlərin məbləği 35,9 mln. manat və ya 0,22% artıb.