Strateji kənd təsərrüfatı sahələrinin inkişafı dövlətin diqqət mərkəzindədir

Artıq bir neçə ildir ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini zərurətə çevirib. Düzdür, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar 2004-cü ildən atılmağa başlayıb və ötən illər ərzində həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları bu sahənin inkişafına kifayət qədər təkan verib, şərait yaradıb. Amma, mövcud potensial, imkanlar indiyə qədər əldə edilən nəticələrdən dəfələrlə çox olduğundan qeyd edilən istiqamətdə daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, addımların atılması günün tələbinə çevrilib.

Bu sahələrə dövlət dəstəyi davam edir

Artıq bir neçə ildir ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini zərurətə çevirib. Düzdür, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar 2004-cü ildən atılmağa başlayıb və ötən illər ərzində həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları bu sahənin inkişafına kifayət qədər təkan verib, şərait yaradıb. Amma, mövcud potensial, imkanlar indiyə qədər əldə edilən nəticələrdən dəfələrlə çox olduğundan qeyd edilən istiqamətdə daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, addımların atılması günün tələbinə çevrilib.

Məlum olduğu kimi qeyri-neft sektorunda mühüm istiqaməti kənd təsərrüfatı tutur və sevindirici haldır ki,  son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişaf tendensiyası müşahidə edilir. Bunu şərtləndirən başlıca amillər sırasında isə dövlətin bu sahəyə olan diqqət, qayğısı, kənd təsərrüfatı sahələrinin inkişafına dövlət dəstəyinin göstərilməsidir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət tərəfindən prioritet sahə hesab olunur. Elə fermerlərin torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olmaları, onlara böyük həcmdə subsidiyaların  verilməsi deyilənləri təsdiqləyir. Məlumat üçün qeyd edək ki, son illər ərzində dövlət tərəfindən  fermerlərə subsidiya şəklində 200 milyon manatdan artıq vəsait verilib. Həmçinin fermerlərə kənd təsərrüfatı texnikası, gübrələr alınır, onlar və yanacaq güzəştli şərtlərlə verilir. Məhz dövlətin dəstəyiinin nəticəsidir ki, artıq kənd təsərrüfatının bütün sahələrində inkişaf, tərəqqi nəzərə çarpır. Hər bir regiona, onun coğrafi və təbii mühitinə məxsus olan məhsulların yetişdirilməsi, onun istehsalının artırılması yerli tələbatı ödəməklə yanaşı, həmin məhsulların xarici bazarlara çıxmasına imkan yaradır. İstər Aran bölgəsində əkilib-becərilən pambıq məhsulu, istər şimal-qərb zonasında tütünlüçülüyün, fındıqçılığın inkişaf etdirilməsi, istərsə də digər regionlarda həmin bölgəyə xas mal və məhsulların yetişdirilməsi ümumilikdə Azərbaycanın kənd təsərrüfatı ölkəsi kimi tanınmasına öz müsbət təsirini göstərir.

Bu gün müşahidə edilən müsbət dinamika, tendensiya ondan ibarətdir ki, kənd təsərrüfatında uzun zaman yaddan çıxmış, yaxud diqqətsiz qalmış sahələr də inkişaf etdirilir.  Elə ötən gün Prezident İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı Qax rayonunda dövlət başçısının sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi də bunun əyani sübutudur.

Məlumdur ki, Azərbaycanın tütünçülük, baramaçılıq, fındıqçılıq sahələri ilə bağlı  çox böyük və zəngin ənənələr vardır. Vaxtı ilə qeyd edilən sahələr üzrə Azərbaycan ciddi nəticələrə imza atıb. Lakin sonradan, daha dəqiq desək müstəqilliyin ilk illərində bu sahələrin inkişaf etdirilməsi diqqətdən kənarda qalıb. Baxmayaraq ki, şimal-qərb zonasında tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsi təkcə adıçəkilən bölgənin deyil, ümumilikdə respublikanın bu məhsullara olan tələbatının tamamilə ödənilməsinə şərait yarada bilərdi. Hazırda dövlətin bu sahəyə diqqət ayırması tezlilklə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf edəcəyinə əminlik yaradır. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də sözügedən müşavirədə çıxışı zamanı bunu qeyd edib. Dövlət başçısı əminliklə bildirib ki, bu sahələr uğurla inkişaf edəcək, həm fermerlər, həm də dövlət daha böyük fayda götürəcək. Təbii ki, burada dövlət dəstəyi də əsas şərtdir və prezidentin müşavirədə dediyi kimi dövlət kənd təsərrüfatının digər sahələri kimi tütünçülük, baramaçılıq vəfındıqçılığa da dəstək verəcək: "Tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafına böyük dəstək və diqqət var. Dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək". Qeyd olunan sahələrlə bağlı sovet və müstəqillik dövrlərində əldə olunan nəticələrin statistikasına nəzər salan Prezident İlham Əliyev artıq 13 rayonda tütün əkininin aparıldığını bildirdi və qeyd edib ki, tütün istehsalçılarına güzəştli kreditlər verilməli, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalı, 2021-ci ilə qədər tütün əkini genişləndirilməlidir. Çünki dövlət başçısının dediyi kimi bu sahələrin inkişafı həm sosial layihədir, bu sahələr böyük məşğulluq potensialına malikdir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31