Ölkəmizin xarici məhsullardan asılılığını azaltmaq əsas hədəfdir

Artıq bir neçə ildir ki, Prezident İlham Əliyev respublikanın müxtəlif regionlarına səfərləri zamanı həmin zonaya xas olan sahələrin inkişaf etdirilməsi məqsədilə regional müşavirələr keçirir, dövlət qurumları, iş adamları, sahibkarların iştirakı ilə mühüm müzakirələr aparır. Ötən müddət ərzində Saatlı və Sabirabad rayonunda pambıqçılığın inkişaf etdirilməsi, Yevlaxda qeyri-next ixracatçıları ilə keçirilən müşavirələr buna misaldır. Bu günlərdə isə dövlət başçısı respublikanın şimal-qərb zonasına səfəri zamanı baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirdi. Müşavirədə qeyd edilən sahələrin daha da inkişafının zəruriliyi qeyd edilməklə yanaşı, müvafiq dövlət qurumları, iş adamlarına müəyyən tapşırıq və tövsiyyələr də verildi. Qaxda keçirilən müşavirədən ümumi gəlinən qənaət ondan ibarət idi ki, qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi və ixrac potensialının artırılmasıdır. Bu sahədə Azərbaycanda   böyük potensial var və növbəti illərdə görüləcək tədbirlər nəticəsində Azərbaycan böyük ixrac potensialına malik olacaq.

Əhməd Şahidov: "İlkin mərhələdə Türkiyə, İran və Rusiya bazarlarına çıxmaq üçün Qaxın fındıqçılıq potensialı kifayət qədərdir"

Artıq bir neçə ildir ki, Prezident İlham Əliyev respublikanın müxtəlif regionlarına səfərləri zamanı həmin zonaya xas olan sahələrin inkişaf etdirilməsi məqsədilə regional müşavirələr keçirir, dövlət qurumları, iş adamları, sahibkarların iştirakı ilə mühüm müzakirələr aparır. Ötən müddət ərzində Saatlı və Sabirabad rayonunda pambıqçılığın inkişaf etdirilməsi, Yevlaxda qeyri-next ixracatçıları ilə keçirilən müşavirələr buna misaldır. Bu günlərdə isə dövlət başçısı respublikanın şimal-qərb zonasına səfəri zamanı baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirdi. Müşavirədə qeyd edilən sahələrin daha da inkişafının zəruriliyi qeyd edilməklə yanaşı, müvafiq dövlət qurumları, iş adamlarına müəyyən tapşırıq və tövsiyyələr də verildi. Qaxda keçirilən müşavirədən ümumi gəlinən qənaət ondan ibarət idi ki, qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi və ixrac potensialının artırılmasıdır. Bu sahədə Azərbaycanda   böyük potensial var və növbəti illərdə görüləcək tədbirlər nəticəsində Azərbaycan böyük ixrac potensialına malik olacaq.

Bəs görəsən dövlət başçısının iştirakı  ilə keçirilən məlum müşavirə regionda qeyd edilən sahələrin inkişafına nə dərəcədə təkan verəcək?  Və bu inkişaf bölgədə hansı yeniliklərə gətirib çıxaracaq. Bu və ya diğər məsələlərlə bağlı əslən Qaxdan olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovla söhbətləşdik.  Əhməd Şahidov deyir ki, şimal-qərb zonasında baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına dair keçirilən müşavirə ümumilikdə bu regionun daha da inkişafını şərtləndirən amillərdən olacaq: "Məlumdur ki, bir-neçə gün bundan əvvəl ölkə başçısı Cənab İlham Əliyevin şimal-qərb regionuna səfəri çərçivəsində Qax rayonuna səfəri oldu. Bir qaxlı olaraq, bu səfər məni və bütün Qax camaatını sevindirdi. Mən həmin səfər zamanı Qax rayonunda idim. Qeyd edim ki, rayonda ölkə başçısının səfərinə ciddi hazırlıq işləri aparılırdı. Təmir-abadlıq işləri ilə yanaşı, yeni obyektlərin açılışı da intensiv şəkildə gedirdi. Prezident İlham Əliyevin Qaxa səfəri və ümumrespublika müşavirəsini məhz bizim rayonda keçirməsi bütün diqqəti Qax rayonuna yönəltmiş oldu. Bu, əslində ölkə başçısının Qaxa və qaxlılara verdiyi diqqətdən xəbər verir. Ölkə başçısı Qaxda bir sıra kənd yollarının açılışını etdi, elektrik yarımstansiyası, uşaq bağçası və digər obyektlərin açılışını həyata keçirdi. Düşünürəm ki, bundan sonra Qaxda daha sürətli inkişafın şahidi olacağıq". Əhməd Şahidovun sözlərinə görə,

ölkə başçısının Qaxa səfəri zamanı xüsusilə də baramaçılıq, fındıqçılıq və tütünçülük sahələrinə baş çəkməsi, bu sahədə çalışan fermerlərlə görüşməsi dövlətin qeyri-neft sektorunun məhz bu istiqamətlərinə daha böyük önəm verdiyini göstərir. O, bildirib ki, bunlar çox strateji sahələrdir və Azərbaycanın xarici məhsullardan asılılığını xeyli azalda bilər: "Eyni zamanda ölkəmizə xarici valyutanın axınına səbəb ola bilər. Cənab Prezident də məhz bu məsələləri qaldırıb və regionun iş adamları və icra strukturları qarşısında böyük vəzifələr qoyub. Bu vəzifələrin layiqincə icrası regionun inkişafına, habelə rayonlarda işsizlik probleminin kökündən həll olunmasına, əhalinin sosial rifahının yüksəlməsinə gətirib çıxardacaq. İnanıram ki, Qax rayonu bu sahədə favoritliyi saxlayacaq". Əhməd Şahidov qeyd edib ki, Qax rayonu Azərbaycanın ən füsunkar təbiətə malik guşələrindən biridir: "Buranın təbiəti fərqlidir və kənd təsərrüfatı üçün də əlverişlidir. Rayon üçün spesifik sahələrin inkişafı üçün dövlət səviyyəsində xeyli işlər görülür. Elə ölkə başçısının bütün iş adamlarını Qaxa toplaması da bu diqqət və qayğının bariz nümunəsidir. Qaxın yerli icra orqanları bunu unutmamalı və öz işlərinə daha məsuliyyətlə yanaşmalı, keçmişdə buraxılan nöqsanları qısa müddət ərzində aradan qaldırmalıdırlar. Düşünürəm ki, belə olan halda Qax təkcə regionun deyil, bütün Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından birinə çevriləcək. Bunun üçün bütün potensial mövcuddur". Əhməd Şahidovun sözlərinə görə, regionda ənənəvi sahə olan baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafı ölkəyə xarici valyutanın gəlməsi, ixrac potensialının artmasına da müsbət təsir göstərə bilər. Təşkilat sədri onu da qeyd edib ki, həmçinin məlum müşavirə iş adamlarının, hətta xarici investorların belə regiona sərmayə yatırmasına yol aça bilər: "Son müşavirədə qeyd olunan məsələlər Azərbaycanın milli maraqlarına, xüsusən də ərzaq təhlükəsizliyinə aid strateji məsələlərdir. Ölkəmizin xarici məhsullardan asılılığını azaltmaq, xarici iş adamlarını regiona cəlb etmək və bununla da xarici valyutanın Azərbaycana axınını təşkil etmək əsas hədəfdir. Bu baxımdan tütünçülük və fındıqçılıq Qax üçün önəmli sahələrdir. İlkin mərhələdə Türkiyə, İran və Rusiya bazarlarına çıxmaq üçün Qaxın fındıqçılıq potensialı kifayət qədərdir. Sonrakı mərhələdə tütün və fındıq məhsullarının emal və istehsal müəssisələrinin də elə rayonumuzda təşkil olunması və hazır məhsulun xarici bazarlara çıxarılması Azərbaycanın iqtisadi potensialını artırar və ölkəmizin potensialını yüksəldər. Əminəm ki, bu, belə olacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31