20 səhmdar cəmiyyəti hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 sentyabr tarixində keçiriləcək hərracda 66 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 22-i kiçik dövlət müəssisə və obyekti, 17-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i səhmdar cəmiyyəti, 7-i isə nəqliyyat vasitəsidir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 sentyabr tarixində keçiriləcək hərracda 66 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 22-i kiçik dövlət müəssisə və obyekti, 17-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i səhmdar cəmiyyəti, 7-i isə nəqliyyat vasitəsidir. ƏMDK-dan "Olaylar"a verilən məlumata görə, hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə "Yevlax Yun", "Masazır Quşçuluq", "Xaçmaz Mexanizasiya Nəqliyyat", "Mingəçevir Qum Çınqıl", "Ağcabədi Aqrotexservis", "Zaqatala Sənaye Kombinatı" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Şəmkir, Masallı, İmişli, Cəlilabad, Göygöl, Daşkəsən və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların  ümumi faydalı sahəsi 17 kv.m ilə 11 min 266 kv.m arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Baləkən şəhərində yerləşən "Əmlak Kompleksi"- dir. Adı çəkilən obyekt 715 min manata təklif olunur. Ümumi faydalı sahəsi 11 min kv.m-dən çox, torpaq sahəsi isə 38 min kv.m-ə yaxındır. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31