İqtisadiyyat

"Petkim" Türkiyənin 50 ən dəyərli şirkətindən biridir

3 Avqust 2017 16:44

Türkiyənin 50 ən iri şirkətinin adı açıqlanıb. Reytinq "Capital" nəşri tərəfindən tərtib olunub. "Petkim Petrokimya Holding A.Ş." reytinqin 39-cu pilləsində qərarlaşıb. Şirkətin dəyəri 4 mlrd. 532,591 mln. lirə dəyərində qiymətləndirilir. Reytinqin lideri dəyəri 34 mlrd. 854,851 mln. lirə təşkil edən "Tüpraş"dır. İkinci yerdə Avstriyanın OMV konserninin törəməsi olan "Petrol Ofisi" qərarlaşıb. Bir vaxtlar SOCAR-ın almaq istədiyi törəmə şirkət 30,8 mlrd. lirə dəyərində qiymətləndirilir.  

Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 20 faizdən çox artıb

3 Avqust 2017 16:26

2017-ci ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 870,2 milyon dollar (21 faiz) artaraq 5033,1 milyon dollara çatıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir. Bir ay ərzində bankın valyuta ehtiyatları 69 milyon dollar (1,4 faiz), ilin əvvəlindən isə 1058,7 milyon dollar (26,6 faiz) artıb.

Avronun dəyər qazanması nə vəd edi?

3 Avqust 2017 15:39

Son vaxtlar milli valyutamız ABŞ dollarına qarşı möhkəmlənməkdə davam edir. Bu özlüyündə müsbət olsa da, amma ölkəmiz dünyada baş verən iqtisadi proseslərdən də kənarda qalmır. Belə ki, ABŞ dollarının özü də, avro qarşısında dəyər itirməkdədir. Son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib. Yalnız bu ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb. Bu gün rəsmi olaraq Azərbaycanda 1 avro 2,0149 manatdır.

Millət vəkili: "Beynəlxalq Dəniz Ticarət Limanının işə düşməsi geniş imkanlar yaradacaq" 

3 Avqust 2017 14:33

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğurudur. Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov Prezident İlham Əliyevin Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyəti, habelə buradakı kompleksinin tikintisinin sürətlənməsi ilə bağlı avqustun 2-də imzaladığı sərəncamları şərh edərkən belə deyib.

Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

2 Avqust 2017 18:03

2017-ci ilin iyul ayı ərzində 2 milyon 416 min 951 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 678 min 704 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir.)Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 milyon 707 min 802 ton təşkil edib.

Keçən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

2 Avqust 2017 18:01

2017-ci ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 234 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 15 milyon 577 min 521 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il avqust ayının 1-ə qədər BTC-yə 337 milyon 115 min 583 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin iyul ayında BTC kəməri ilə 486 min 269 ton Türkmənistan nefti nəql olunub. 

Nazirlik xəbərdalıq edir - Bu malları alarkən diqqətli olun

2 Avqust 2017 15:10

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar (məişət cihaz və avadanlıqları, rabitə vasitələri, maşın, alət və s.) alarkən istehlakçılara diqqətli olmağı tövsiyə edir.

Bank sisteminə etimad artacaqmı?

2 Avqust 2017 14:18

Ötən gün Azərbaycan Respublikasının Prezident İlham Əliyev V.R.Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının başqa bir sərəncamı ilə isə Azad Cavadov fondun icraçı direktoru vəzifəsindən azad olunub. Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Abdullayevə həvalə olunub.

Ölkə iqtisadiyyatında ən problemli vəziyyət bank sektorundadır

1 Avqust 2017 13:41

2014-cü ilin sonlarından etibarən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra əksər neft ixrac edən ölkələr kimi Azərbaycanın da maliyyə sektorunda xoşagəlməz proseslər, mənfi tendensiyalar müşahidə edilməyə başladı. Yaranmış vəziyyətə uyğun olaraq bankların fəaliyyət göstərə bilməməsi bir neçə bankın sıradan çıxması, öz fəaliyyətini dayandırması ilə nəticələndi.

Avrozonadan Azərbaycana gələn mallar bahalaşacaq

1 Avqust 2017 12:42

Bu gün rəsmi olaraq Azərbaycanda 1 avro 2 manatı keçdi. Yeni məzənnə - 1 avro = 2,0122 manat oldu. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, əslində dünyada avronun bahalaşması deyil də, dolların ucuzlaşması baş verir: “Yəni, avrozonanın problemləri yerindəcə qalıb: Brexit, Yunanıstan, İtaliya banklarının borc yükü, böyümənin zəif olması və s. Bu istiqamətlərdə avronu gücləndirəcək bir dəyişiklik yoxdur.

Pul yığımı səbəti ən az 3 valyutada formalaşmalıdır

1 Avqust 2017 11:49

Avropa pulunun bahalaşması Avrozona ölkələrinin iqtisadi gösətiricilərinin yaxşılaşması və eləcə də ABŞ ixracatını artırmağa çalışan Ağ Evin dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlıdır. Bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. O qeyd edib ki, son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib. Yalnız bu ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb.

Qeyri-neft məhsullarının ixracı stimullaşdırılır

31 İyul 2017 15:35

Patent və Əmtəə Nişanları Mərkəzində Azərbaycana məxsus coğrafi göstəricilərin müəyyənləşdirilməsi və qeydiyyatı üzrə yaradılmış işçi qrupu fəaliyətini davam etdirməkdədir. İşçi qrupun tərkibində Mədəniyyət və Turizm, Səhiyyə, Ekologiya, Kənd Təsərrüfatı nazirliklərinin, Milli Kulinariya Mərkəzinin, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin, AzPromo, Patent və Əmtəə Nişanları Mərkəzi və Naxçıvan MR SMPDK-nın səlahiyyətli nümayəndələri təmsil olunur.

Nazirlik: “Hicaz” sosislərində təhlükəli mikroorqanizmlərin normadan artıq olduğu aşkarlanıb

31 İyul 2017 15:26

İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan malların ilkin laborator müayinəsi zamanı “Hicaz 313” MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Hava  küləkli, buludlu, yağmursuz keçəcək

31 İyul 2017 12:40

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək.

Yerli istehsalın dəstəklənməsində müəssisələrarası əlaqələrin rolu

28 İyul 2017 17:32

İyulun 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Yerli istehsalın dəstəklənməsi istiqamətində müəssisələrarası əlaqələrin qurulması” mövzusunda tədbir keçirilib.