İqtisadiyyat
Nazirlik istehlakçılara xəbərdarlıq etdi
Yay mövsümündə havaların qızması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən onların saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir.
Musa Quliyev: Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır
“Ölkənin iqtisadi gücünün davamlı olaraq artması və daxili sabitliyin yüksək səviyyədə təmin olunması sosial sferanın inkişafı baxımından xüsusi ilə aktuallıq daşıyır”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib. M.Quliyev bildirib ki, məhz sabit cəmiyyətlərdə ölkənin resurslarından, iqtisadi potensialından insanların mənafeyi naminə səmərəli şəkildə istifadə olunur.
Gürcüstan rəsmisi: "Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək"
"Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək". Bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili deyib. Onun sözlərinə görə, boru kəmərinin bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasına rəğmən, dövlət onun problemsiz işləməsi üçün hər şey edir. "Boru kəmərinin fasiləsiz işləməsi bizim üçün əsas prioritet məsələlərdən biridir. Bakı-Supsa kəməri çox vacib strateji obyektdir və təbii ki, onun təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün tədbirlər həyata keçiriləcək", - deyə K. Tsixelaşvili bildirib.
Aqrar sahədə də müasir iqtisadi inkişaf modelindən istifadə olunur
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapdı. İclasda verilən məlumatlar göstərdi ki, qarşıda duran vəzifələr yerinə yetirilib. Buna baxmayaraq, dövlət başçısı aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bildirdi və müvafiq tapşırıqlar verdi. Maraqlıdır, hazırda ölkənin aqrar sektorunun inkişaf tempi hansı səviyyədədir?
Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun ilk iclası keçirilib
İyulun 27-də İqtisadiyyat Nazirliyində Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazir müavini Sahil Babayevin və Pakistan İslam Respublikasının ticarət katibi Məhəmməd Yunus Dağanın həmsədrlik etdiyi iclasda iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin mövcud vəziyyəti, xüsusilə ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilmiş, bu istiqamətdə növbəti addımlar nəzərdən keçirilmişdir.
Zərdabda sahibkarlara güzəştli kredit verilib
Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu iyulun 27-də Zərdab rayonunda keçirib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində Fond tərəfindən Zərdab rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, pambıqçılıq, iri fermer və bağçılıq təsərrüfatlarının, plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 910 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 67,2 milyon manat güzəştli kredit verilib.
“Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş qanun və qərarlar…. ”
Ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar postneft dövrü üçün qeyri-neft sektorunun inkişafına öz müsbət təsirini göstərir. İstər turizm, istər kənd təsərrüfatı, istərsə də sənaye sahəsində həyata keçirilən məqsədypnlü tədbirlər ümumilikdə ölkə iqtisadiyyatına təkan verir, onun inkişafını şərtləndirir. Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, cari ilin birinci yarısı ölkə üçün bütün parametrlər üzrə uğurlu olub. Elə millət vəkili Tahir Mirkişili də bu qəanətdədir.
Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətirilir
Yaxın günlərdə Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə “John Deere” şirkətinin regional nümayəndəsi Maximilian Pauge nazir Heydər Əsədovla görüşdə deyib.
Nağdsız hesablaşmaları reallaşdırmaq niyə mümkün olmur?
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib və 21 May 2017-ci il tarixində rəsmi mətbuatda dərc olunub. Bu isə o deməkdir ki, həmin müddətdən başlayaraq ölkədə nağdsız hesablaşmalar həyata keçirilməlidir. Əks halda, qanunun tələblərini pozan hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb olunmalıdır. Lakin qanunvericilikdə dəyişiklik edilməsinə baxmayaraq hələ də ölkənin ticarət mərkəzlərində əsas maliyyə əməliyyatları nağd şəkildə həyata keçirilir.
Qeyri-neft məhsullarının ixrac coğrafiyası genişləndirilir
“Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı təbliğat işləri davam etdirilir. Qrtıq bu məqsədlə dünyanın müxtəlif ölkələrində 8 ixrac missiyası həyata keçirilib. İxrac missiyalarının nəticəsi olaraq bir sıra ölkələrlə qarşılıqlı əməkdaşlıq barədə razılaşma əldə olunub. Müsbət haldır ki, ixrac missiyası çərçivəsində görülən tədbirlərə azırbaycanlı iş adamları da cəlb edilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə iştirakı məqsədilə görülmüş işlərin nəticəsi olaraq, Dubayda keçirilən “Gulfood” beynəlxalq ərzaq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində 24 şirkətin məhsulları sərgilənmiş, Dubaya diri qoyun və ət ixracına dair 2 müqavilə imzalanmış, İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilmişdir.
Ekspert: Valyuta ehtiyatlarının artması bazara təsir göstərməyib
“Mərkəzi Bankın rəsmi məzənnəsində manatın dollara nisbətən güclənməsinə baxmayaraq valyuta bazarında dollar bahalaşıb. Real bazar kursu təklif edən banklarda artıq 100 dollar almaq üçün 170 manatdan çox vəsait ödəmək lazımdı. Bu arada Mərkəzi Bankın valyuta ehtiyatlarının artması və eləcə də manat bazasının müqayisəli çoxalması da bazara hələlik birbaşa təsir göstərməyib”.
Sənayeləşmə siyasəti uğurla həyata keçirilir
Dövlət başçısının uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard dollar təşkil edən 10 müəssisəyə rezident statusu verilmişdir. 2013-cü ildə fəaliyyətə başlamış və 760 nəfərdən çox işçinın çalışdığı “Azertexnolayn” zavodunda təkcə bu ilin 6 ayı ərzində 65 mln. manatlıq məhsul istehsal olunmuşdur. Sənaye Parkında bu il daha 5 müəssisə, 2018-ci ildə isə 3 müəssisə fəaliyyətə başlayacaqdır. Bu müəssisələrdə 900-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.
Beynəlxalq Valyuta Fondunun mərkəzi ofisi Çinə köçə bilər - ABŞ-ı çökdürəcək
Beynəlxalq Valyuta Fondunun (İMF) rəhbəri Kristina Laqarde Qlobal İnkişaf Mərkəzinin Vaşinqtondakı tədbirində önəmli açıqlamalar verib. O, Çinin və digər nəhəng dövlətlərin böyüməkdə olan bazarlarının inkişaf trendinin davam edəcəyi təqdirdə, yaxın gələcəkdə Valyuta Fondunun mərkəzinin Vaşinqtondan Pekinə köçürüləcəyini deyib.
Azərbaycan Türkiyəyə qaz ixracını ARTIRDI
Ölkədə səmərəli fəaliyyət göstərən aqrar sektor formalaşacaq
2014-cü ildən etibarən dünyanı bürüyən iqtisadi və maliyyə böhranı qeyri-neft sektorunun inkişafını, bu sahəyə daha çox diqqət ayrılmasını zərurətə çevirdi. Qeyri-neft sektorunda əsas istiqamətlərdən bir kənd təsərrüfatı olduğundan bu sahənin inkişafı da hazırda əsas prioritetdir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev də istər paytaxtda, istərsə də regionlarda keçirdiyi görüşlər, müşavirələrdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılmasının zəruriliyini vurğulayıb. Bir müddət əvvəl Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Azərbaycan Prezidenti bu məsələyə toxunaraq bunları deyib:” Növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir.














