Bank sisteminə etimad artacaqmı?
Ötən gün Azərbaycan Respublikasının Prezident İlham Əliyev V.R.Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının başqa bir sərəncamı ilə isə Azad Cavadov fondun icraçı direktoru vəzifəsindən azad olunub. Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Abdullayevə həvalə olunub.
2 Avqust 2017 14:18 İqtisadiyyatÖtən gün Azərbaycan Respublikasının Prezident İlham Əliyev V.R.Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının başqa bir sərəncamı ilə isə Azad Cavadov fondun icraçı direktoru vəzifəsindən azad olunub. Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Abdullayevə həvalə olunub.
Prezidentin məlum sərəncamı barədə bir sıra mülahizələrlə çıxış edən iqtisadçı ekspertlərin ümumi mövqeyi ondan ibarət olub ki, Azad Cavadov fəaliyyətini düzgün qura və rəhbərlik etdiyi sahədə yeniliklərə imza ata bilmədiyi üçün vəzifəsindən azad edilib. İqtisadçı ekspert Əkrəm Həsənov isə bildirib ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov 5 illik səlahiyyət müddəti bitdiyi üçün vəzifəsindən azad olunub. Əkrəm Həsənovun sözlərinə görə, Azad Cavadov həmin vəzifəni Fondun yaradıldığı 2007-ci ildən tuturdu: "Yəni iki 5 illik müddət ərzində. Hər bir halda Azad Cavadov Fondun ilk rəhbəri kimi tariximizdə qalacaq. Pis-yaxşı Fondun işini qura bilmişdi. Amma hadisələr göstərdi ki, o, əksər məmurlamız kimi yaxşı günün inzibatçısıdır. 2015-ci ildən başlayaraq bank sistemində vəziyyət ağırlaşan kimi problemlər, qeyri-dürüstlük, qeyri-peşəkarlıq, savadsızlıq və naşılıq üzə çıxdı. Məlum olduğu kimi, Əmanətlərin Sığortalanması Fondunun 2 funksiyası var. Birincisi, əmanətlərin sığortalanması, ikincisi, lisenziyası ləğv olunmuş, o cümlədən müflis bankların ləğvi. Fond birinci funksiyanın öhdəsindən qismən də olsa gəlirdi. Ən başlıcası bağlanan bankların qorunan əmanətləri üzrə kompensasiyalar əmanətçilərə ödənilirdi. Bəzi problemlər olurdu əlbəttə, amma ümumən bu işi müsbət qiymətləndirmək lazımdır. Və bu da bank sisteminə etimadın qismən də olsa bərpasına xidmət edib. Lakin o da məlumdur ki, kompensasiyalar əsasən Əmanətlərin Sığortalanması Fondunun öz vəsaiti deyil, Mərkəzi Bankdan aldığı kreditlər hesabına ödənilib. Buna görə də Fondun 8 il ərzində banklardan topladığı vəsaitin necə idarə olunması və niyə belə tez qurtarması ciddi suallar doğurur və xüsusi araşdırma, bəlkə də istintaq mövzusudur". Əkrəm Həsənov təəssüf hissi ilə qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondunun bankların ləğvedicisi kimi fəaliyyətini tam mənfi qiymətləndirmək lazımdır: "Bildiyimiz kimi, mən dəfələrələ, o cümlədən müflis olmuş ən iri bankın - "Bank Standard"ın Kreditorlar Komitəsinin sədri kimi də Fondun və Azad Cavadovun bu sahədəki fəaliyyətini kəskin tənqid etmişəm. Komitənin iclaslarında onunla ciddi mübahisələrimiz də olub. Bununla belə onun açıq diskussiyadan yayınmamasını da yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Fond fəaliyyəti bankların ləğvi prosesində qeyri-şəffaf və qeyri-konstruktivdir. Sabiq fond rəhbəri açıq-aşkar bankları kreditorların nəzarətindən kənar ləğv etmək, əmlakını idarə etmək, satmaq və s. niyyətini nümayiş edirdi. Təsadüfi deyil ki, ləğvetmə prosesində olan 11 bankdan yalnız 4-də kreditorlar komitəsi yaradılıb. Halbuki keçmiş rəhbərlik hamısında yaradacağına söz vermişdi. Həmin 4 komitənin də normal işləməsi üçün Fond tərəfindən adekvat tədbirlər görülməyib. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, yalnız mənim rəhbərlik etdiyim "Bank Standard"ın Kreditorlar Komitəsi nisbətən fəaldır və müəyyən nailiyyətləri var. O cümlədən bankın ləğvi ilə bağlı məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb olunub. Amma bütün bunlar əksər hallarda Fondun istəyinin ziddinə baş verib.
Bu baxımdan Komitə sədri kimi Fondun yeni rəhbəri Vüqar Abdullayevi təyinatı ilə bağlı təbrik və fəaliyyətində uğurlar arzu edərək, onun daha şəffaf və konstruktiv işinə ümid bəsləyir və onunla əməkdaşlığa hazır olduğumuzu bildirirəm. Bildiyim qədər, yeni rəhbərlik bank sisteminin kadrı deyil. İndiki vəziyyətdə bu üstünlükdür. Çünki dəfələrlə demişəm ki, bank sistemimizin əsas problemlərindən biri onu idarə edənlərin hamısının banklarla sıx əlaqədə olmasıdır. Bu da obyektiv və qərəzsiz fəaliyyətə mane olur. Buna görə də inanıram ki, Fondun yeni rəhbərliyi bankların ləğvi prosesində şəffaf, obyektiv və konstruktiv mövqe nümayiş etdirərək həmin bankları bu günə qoyanların məsuliyyətə cəlb olunması, kreditorların və bütün zərərçəkənlərin maraqlarının qorunmasına və nəticədə bank sistemimizə etimadın daha da artmasına nail ola biləcək".
Füzuli