Millət vəkili: "Beynəlxalq Dəniz Ticarət Limanının işə düşməsi geniş imkanlar yaradacaq" 

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğurudur. Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov Prezident İlham Əliyevin Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyəti, habelə buradakı kompleksinin tikintisinin sürətlənməsi ilə bağlı avqustun 2-də imzaladığı sərəncamları şərh edərkən belə deyib.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğurudur. Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov Prezident İlham Əliyevin Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyəti, habelə buradakı kompleksinin tikintisinin sürətlənməsi ilə bağlı avqustun 2-də imzaladığı sərəncamları şərh edərkən belə deyib.

Aydın Hüseynov bildirib ki, bu layihə iqtisadiyyatın şaxələndirilməsində ən mühüm halqalardan birini təşkil edir: "Dövlət başçısının son sərəncamları isə artıq layihənin həlledici mərhələyə qədəm qoyduğunu göstərir. Hər iki sərəncamla ayrılan vəsaitlər layihənin icrasını sürətləndirmək və onu lazımı texniki imkanlarla təmin etmək məqsədi daşıyır. Bir neçə il əvvəl biz limanın əsas prespektivini onun məhz Şərq-Qərb dəhlizi üzərində yerləşməsində görürdük. Çünki beynəlxalq yük daşıma trafikinə nəzər salsaq bir alternativ kimi bu marşrut yük sahiblərinə bir çox üstünlüklər verir. Çindən Avropaya alternativ marşrut kimi yüklərin daşınmasında, eyni zamanda Avropadan Orta Asiyaya daşımalarda bu ən cəlbedici marşuruıtdur. Nəzərə almaq lazmdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Avropdan Orta Asiyaya və Çinə yüklərin daşınması üçün çox əlverişli alternativ yol yaranacaq. Son illər beynəlxalq səviyyədə baş verən siyasi proseslər isə göstərdi ki, Şimal-Cənub dəhlizi əhəmiyyətinə görə heç də Şərq-Qərb dəhlizindən geri qalmır. Bax bu məqam Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu növbəti dəfə nümayiş etdirir. Yəni yaranmış geosiyasi situasiya yeni iqtisadi çağırışları gətirir. Azərbaycan isə bu çağırışlara da hazırlıqlıdır. Bu layihənin tamamlanması və tam qüvvəsi ilə işə düşməsi ölkəmizə çox böyük iqtisadi dividentlər qazandıracaq".

Millət vəkili bu layihənin əhalinin iqtisadi vəziyyətinə bir başa müsbət təsir edəcəyini də deyib: "Bu layihənin işə düşməsi beynəlxalq yük daşıma ilə bərabər daxili yükdaşıma üçün də geniş imkanlar yaradır. Digər tərəfdən yerli məhsulların xarici bazarlara çıxarılması alternativləri artır. Bundan əlavə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı çox böyük layihədir və burada on minlərlə yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ələti unikal edən xüsusiyyətlərdən biri də onun Bakıya yaxın yerləşməsidir. Bakının hazırda əsas iqtisadi mərkəz olduğunu, istər özəl şirkətlərin əksəriyyətinin, istərsə də insan resursunun əsasən paytaxtda cəmləşdiynini nəzərə alsaq bu özü də böyük üstünlüklər yaradır. Qeyd edilməli digər məqam da burada xüsusi iqtisadi zonanın yaradılmasıdır ki, bu da sahibkarlar üçün öz fəaliyyətlərini genişləndirmək fürsəti deməkdir. Bu isə öz növbəsində yenə əlavə iş yerlərinin açılması deməkdir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31