Avronun dəyər qazanması nə vəd edi?
Son vaxtlar milli valyutamız ABŞ dollarına qarşı möhkəmlənməkdə davam edir. Bu özlüyündə müsbət olsa da, amma ölkəmiz dünyada baş verən iqtisadi proseslərdən də kənarda qalmır. Belə ki, ABŞ dollarının özü də, avro qarşısında dəyər itirməkdədir. Son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib. Yalnız bu ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb. Bu gün rəsmi olaraq Azərbaycanda 1 avro 2,0149 manatdır.
3 Avqust 2017 15:39 İqtisadiyyatFərhad Həsənov: "Avronun məzənnəsinin yüksəlməsi avrozonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxaracaq"
Son vaxtlar milli valyutamız ABŞ dollarına qarşı möhkəmlənməkdə davam edir. Bu özlüyündə müsbət olsa da, amma ölkəmiz dünyada baş verən iqtisadi proseslərdən də kənarda qalmır. Belə ki, ABŞ dollarının özü də, avro qarşısında dəyər itirməkdədir. Son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib. Yalnız bu ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb. Bu gün rəsmi olaraq Azərbaycanda 1 avro 2,0149 manatdır.
İqtisadçıların qənaətinə görə, əslində dünyada avronun bahalaşması yox, dolların ucuzlaşması baş verir. Belə ki, avrozonanın Brexit, Yunanıstan, İtaliya banklarının borc yükü, böyümənin zəif olması kimi problemlər yerindəcə qalıb. Bu istiqamətlərdə avronu gücləndirəcək bir dəyişiklik yoxdur. Dolların ucuzlaşması isə ABŞ-da siyasi səhnədə olan qeyri-müəyyənliklə bağlıdır. Artıq ciddi müzakirələr gedir ki, Tramp yaxın aylarda istefa verə bilər, bu qeyri-müəyyənlik dollara mənfi təsir edir.
Demokratiya uçün Avrointeqrasiyaya Dəstək İctimai Birliyinin sədr müavini Fərhad Həsənov isə avronun bahalaşmasının sahibkarların zərərinə olduğu qənaətindədir: "Düzdür, avronun məzənnəsinin möhkəmlənməsi dövlət rezervlərinin həcmində müşahidə edilən dəyişikliklər baxımdan da əhəmiyyətlidir. Bu, avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadədə artmasına səbəb olur. Həmçinin, avronun dəyər qazanması ilk baxışda pulunu bu valyutada saxlayanlara vətəndaşlara da əlavə qazanc gətirdiyi görüntüsü yaradır. Belə ki, əgər bu il aprelin əvvəlində 1000 avro almaq üçün 1800 manat xərclənirdisə, bu gün 1000 avronu manata dəyişsələr təxminən 2000 manat əldə edəcəklər. Demək, hər 1000 avroda 100 avro qazanmaq imkanı var. Amma Azərbaycanın idxal etdiyi məhsulların böyük bir hissəsi avro ilə alındığından, eyni zamanda Azərbaycan vətəndaşları bəzi xidmətlərə görə də avro ilə ödəniş etdiyindən avronun dəyər qazanması bahalaşmaya da səbəb olur. Çünki avronun məzənnəsinin yüksəlməsi avrozonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxaracaq. Bu isə Avropa mallarının Azərbaycanda daha bahalı satılmasına səbəb olacaq. Son məzənnə yüksəlmələri avro ilə alınan bir sıra xidmətlərin, o cümlədən təyyarə biletlərinin qiymətinin də manatla ifadəsində artmasına gətirib çıxaracaq".
F.Həsənovun sözlərinə görə, avronun manat qarşında dəyər qazanması sahibkarlar üçün əlavə borclanma yaradıb: "Ticarətlə məşğul olanların əksəriyyəti Azərbaycana idxal etdiyi malları uzun müddətdir əməkdaşlıq etdikləri şirkətlərdən nisyə alır, satıldıqdan sonra ödəniş edirdilər. Gətirilən malların satılması üçün isə bəzən aylar tələb olunur. Alınan həmin mallar avronun kursuna uyğun, deyək ki, 20 gün öncə manatla satılıb. Bu gün isə həmin mallara görə ödənişi etmək üçün avro almaq lazımdır. Demək, kiçik sahibkar bir ay öncəyə nisbətən xeyli əlavə vasait xərcləyəcək ki, bu da satılan malın maya dəyərinin satış qiymətindən də baha olmasına və sahibkarın zərərə düşməsinə gətirib çıxaracaq. Nəticədə azərbaycanlı sahibkarlar avropalı partnyorları qarşısında borclanacaq. Bu isə ölkədə həm də kiçik sahibkarlığın zərərinədir".
Məhəmməd