Keçən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

2017-ci ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 234 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 15 milyon 577 min 521 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il avqust ayının 1-ə qədər BTC-yə 337 milyon 115 min 583 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin iyul ayında BTC kəməri ilə 486 min 269 ton Türkmənistan nefti nəql olunub. 

2017-ci ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 234 ton Azərbaycan nefti nəql olunub. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 15 milyon 577 min 521 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il avqust ayının 1-ə qədər BTC-yə 337 milyon 115 min 583 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin iyul ayında BTC kəməri ilə 486 min 269 ton Türkmənistan nefti nəql olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31