Pambıqçılığın inkişafına dövlət dəstəyi kifayət qədər böyükdür

“Ölkədə qeyri-neft sektorunun sürətli inkişafını müəyyən edən iqtisadi strategiyaya uyğun olaraq pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Pambıq xammmal şəkilində satılaraq valyuta gətirməklə yanaşı, həm də yüngül sənayenin inkişafında xüsusi əhəmiyyət kəsb edir”.

"Ölkədə qeyri-neft sektorunun sürətli inkişafını müəyyən edən iqtisadi strategiyaya uyğun olaraq pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Pambıq xammmal şəkilində satılaraq valyuta gətirməklə yanaşı, həm də yüngül sənayenin inkişafında xüsusi əhəmiyyət kəsb edir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri iqtisad elmləri doktoru Fikrət Yusifov səsləndirib. O, bildirib ki, son bir neçə il ərzində Azərbaycanda pambıqçılığın inkişafında önəmli nəticələr əldə edilib: "Belə ki, 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilmişdisə, bu il əkin sahələri 136 min hektara çatdırildi. Buna uyğun olaraq pambığın da istehsalı təxminən 10 dəfəyə qədər artdı. Biz indi nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində hazır məhsul ixrac edə biləcəyik. Pambıq istehsalının artması hesabına onun xarici bazarlarda satışından ölkəyə valyuta daxilolmalarının da həcmi də getdikcə artır.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən pambıq ixracından, 2016-cı ilin ilk 2 ayında 1,728 milyon dollar, bu ilin eyni dövründə isə 14,248 milyon dollar valyuta gəliri əldə edilmişdir. Pambıq ixracının artması 2016-cı ildə pambıq istehsalının kəskin artması ilə bağlıdır. Ötən il 89 min tona yaxın pambıq istehsal edilib ki, bu da 2015-ci ildəki göstəricidən 2,5 dəfə çoxdur. 2017-ci ildə pambıq istehsalının daha 3 dəfə artırılması hədəflənir". Fikrət Yusifov qeyd edib ki, hazırda dünyanın ən inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan ölkələri pambıq istehsalına xüsusi diqqət ayırır. ABŞ, İsrail, Türkiyə, Çin, Hindistan kimi ölkələr bu sahədən kifayət qədər böyük gəlir əldə edə bilirlər: "Vaxtilə bir məkanda olduğumuz Özbəkistan artıq ildə 3,5 milyon ton pambıq istehsal edir ki, bu da dünya pambıq istehsalının 15 faizi deməkdir. Pambıqçılığın belə sürətli inkişafı ölkədə güclü toxuculuq sənayesinin yaradılmasına əsas verib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31