İyunda əhalinin əmanətləri artıb

Bu ilin iyul ayının 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 687,2 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Hesabatdan məlum olur ki, iyun ayında ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği yüksəlib. Belə ki, may ayı ilə müqayisədə iyunda banklardakı depozitlərin məbləği 35,9 mln. manat və ya 0,22% artıb.

May ayı ilə müqayisədə iyunda əhalinin banklardakı əmanətlərinin həcmi 60,6 mln. manat və ya 0,89% artıb. İyul ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 880,7 mln. manat təşkil edir. Ümumiyyətlə, bu ilin əvvəlindən əhalinin əmanətləri 551,4 mln. manat və ya 7,42% azalıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31