“Neft Daşları”nda yeni quyu istismara verilib
“Azneft” İstehsalat Birliyi tərəfindən hasilat quyularının qazılması istiqamətində işlər uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə “Neft Daşları” yatağında yerləşən 1954A saylı estakadayanı meydançadan 2686 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu Qırmakıaltı lay dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1219-1211 metr dərinlikdən sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir
14 Avqust 2017 15:55 İqtisadiyyat"Azneft" İstehsalat Birliyi tərəfindən hasilat quyularının qazılması istiqamətində işlər uğurla davam etdirilir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə "Neft Daşları" yatağında yerləşən 1954A saylı estakadayanı meydançadan 2686 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu Qırmakıaltı lay dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1219-1211 metr dərinlikdən sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir