Gündəm
Kimlər valyuta dəyişmə məntəqəsinə sahib ola biləcək?
Bir müddət öncə Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclis tərəfindən təsdiq olundu. Bununla da istənilən hüquqi və fiziki şəxs 500 manat girov qoymaqla valyuta dəyişmə məntəqəsi aça biləcək.
Fərdi sahibkarın hesabına gələn pul niyə məhdudlaşdırılmalıdır?
Cari il ərzində maliyyə sektorunda atılan müsbət addımlardan biri də nağdsız hesablaşmalarla bağlı qanunun qüvvəyə minməsi idi. Qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” Qanunda qeyd olunurdu ki, məqsəd ölkədə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.
Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika sammiti
Bu günlər bütün müsəlman aləmi və Qərb dünyasının diqqəti Ər-Riyada yönəlib. Belə ki, mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib. Dünyanın söz sahibi olan dövlət və hökumət başçıları, ərəb ölkələrinin rəhbərlərinin qatıldığı sammitdə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Ər-Riyada dəvət edilib və dövlət başçısı sammitdə iştirak edib.
İsraildə motosiklet insanları əzdi: 4 yaralı
İsrailin paytaxtı Tel-Əvivdə avtomobil motosikletlə toqquşub. Vurulan motosiklet səkidə piyadaların üzərinə sürüşüb. Nəticədə 4 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışılar” simpozium
Mayın 22-də Azərbaycan Xalça Muzeyində “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu öz işinə başladı.
Azərbaycan Qarabağın nümunəsində haqq, ədalətin və ayrı-ayrı qüvvələrin maraqlarının qarşıdurmasını yaşayır
Günümüzdə dünya gücləri arasında gedən regional savaşda təəssüflər olsun ki, tərəflər ən qəbuledilməz vasitə və metodlardan istifadə edirlər. Bu qeyri-sağlam mübarizə bu günlərdə Yaxın Şərqdə, daha dəqiq desək Suriya məsələsində özünü daha aydın şəkildə göstərir. Belə ki, bir tərəfdən Qərb Suriyada Türkiyə-Rusiya ittifaqının möhkəmlənməməsi İŞİD terror təşkilatına dsətək nümayiş etdirir, digər tərəfdən Birləşmiş Ştatlar Suriyaya Türkiyə təsirinin azaltmaq üçün YPĞ terror təşkilatına hərbi dəstək verir, bütün bunlarla yanaşı Rusiyada öz növbəsində Qərbin Suriyada möhkəmlənməsini əngəlləmək üçün əliqanlı terrorçu Əsədi ciddi cəhdlə müdafiə edir.
Kıbrısda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi gözlənilir
Xalça muzeyində keçirilən II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışları” simpoziumunda iştirak edən Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki səfiri xanım Ufuk Turganer ikinci dəfə keçirilən simpoziumun bu dəfə daha da yüksək səviyyədə hazırlandığını bildirdi. “ Türklərin ortaq dili olan naxışlar əl əməyi – göz nurudu. Kıbrıs türklərinin də, ana vətən Türkiyənin də can Azərbaycanla nə qədər ortaq mədəniyyətinin və ortaq dəyərlərimizin olduğunu görürük. Bu gün çox gözəl gündü” – deyə xanım Ufuk Turganer bildirdi. Xanım səfir Kıbrısda Azərbaycan mədəniyyət günlərinin və eləcə də Azərbaycanda Kıbrıs mədəniyyət günlərinin keçirilməsinə dair bir sıra layihələr mövcud olduğunu bildirdi.
Rusiya ilə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Təhsil nazirinin müavini Mətin Eynullayevin rəhbərliyi ilə 16 ali təhsil müəssisəsini təmsil edən nümayəndə heyəti Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində səfərdə olub.
“Türkiyənin və Azərbaycanın İslam dünyasına bu şəkildə rəhbərlik etməsi çox gözəldi”
II Beynəlxalq “Türk dünyasının ortaq dilii – naxışlar” simpoziumunda iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral IV İslam həmrəyliyi oyunlarında Türkiyənin çıxışını yüksək qiymətlənirən səfir qızıl medalların sayında sona qədər Azərbaycan yarışdıqlarını xatırlatdı. “ Son anda Azərbaycan üstünlük əldə etdi.Birinci Azərbaycan oldu, amma biz də medal sayına görə ən çox qazanan ölkə olduq. Türkiyənin və Azərbaycanın islam dünyasına bu şəkildə rəhbərlik etməsi çox gözəldi” –deyə, səfir bildirdi.
Atatürk Liseyinin şagirdləri Türkiyədə Azərbaycanı təmsil edəcək
Türk Dünyasının uşaqlarını İstanbulda bir araya gətirib onlar arasında yaxınlıq, isti münasibətlər qurmaq məqsədilə hər il təşkil edilən Türk Dünyası Çocuk Şölənində Azərbaycan da təmsil olunacaq. “OLAYLAR”-ın xəbərinə görə, mayın 24-də İstanbuldakı Olimpik İdman Kompleksində baş tutacaq tədbirdə Azərbaycanı Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri təmsil edəcək. Bu məqsədlə mayın 21-də Atatürk Liseyinin müəllimələri Arzu Quliyeva, Gülnarə Süleymanlı və Rəna Hüseynovanın rəhbərliyi altında liseyin şagirdlərindən ibarət qrup qardaş ölkəyə səfər edib.
Almaniyalı hücumçu Çin klubunun hədəfində
"Verder"in hücumçusu Maks Kruze karyerasını Çində davam etdirə bilər. 29 yaşlı forvard "Tianjin Quanjan" klubunun maraq dairəsinə düşüb. Fabio Kannavaronun baş məşqçisi olduğu klub Kruzeyə ildə 13 milyon avro xərcləməyə hazırdır. Bremen təmsilçisinin bu transferdən qazancı açıqlanmır. Amma Kruzenin qiyməti 15 milyon avro göstərilir.
Muğam Mərkəzində gənc istedadların konserti
Muğam Mərkəzinin dəstəyi ilə Fikrət Əmirov adına 6 saylı onbirillik incəsənət məktəbinin 2016- 2017 ci tədris ili üzrə yekun- hesabat konserti keçirilib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, tədbir görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 95 illiyinə və onun adını daşayan məktəbinin 55 illik yubiyelinə həsr edilib. Tədbirin ilk hissəsi Mərkəzin foyesində baş tutdu. “Odlar Yurdu” rəqs qurupu “Qavalla rəqs” və “Azərbaycan suitası” rəqs kompozisiyaları ilə çıxış etdilər. Tədbirin ikinci hissəsində məktəbin tələbələri Xalq artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q.Qarayev adına Dövlət Kamera orkestrinin müşayəti ilə Azərbaycan və xarici bəstəkarlarının əsərlərini ifa etdilər. Tamaşaçılar qarşısında Babaşova Xədicə, Cəfərzadə Turan, Hüseynli Abbas, Hacıyeva Humay, Hacıyev Emil, Mürşüdov Səttar, Qasımov Emin, Həsənli Nigar, Nəbizadə Emin, Hacıyeva Məktubə, Məsumova Ləman, Cəfərzadə Kərim və Cabbarov İbrahim çıxış etdilər.
Bələdiyyə qərarlarını icra etmək məcburidirmi?
Yerli özünü idarəetmə orqanlarının fəaliyyətləri yerli problemlərin həlli, sosial layihələr, yerli iqtisadi inkişaf proqramları, ekoloji proqramlar və yerli iqtisadi inkişaf proqramları kimi cəmiyyət və dövlət üçün mühüm sahələri əhatə edir. Bu qədər geniş səlahiyyətlərə malik bələdiyyələrin istənilən fəaliyyətlərinin həyata keçirilməsində ilkin rəsmi addım müvafiq məsələ istiqamətində qəbul edilmiş bələdiyyə qərarlarıdır. Çünki bələdiyyələr tərəfindən planlaşdırılmış istənilən layihə və proqramın tətbiqindən öncə həmən məsələ bələdiyyə iclasında müzakirə edilərəkbarəsində qərar qəbul edilməli və protokollaşdırımalıdır.
Ərdoğan QDİƏT toplantısında Ermənistan nümayəndəsinin Azərbaycan əleyhinə çıxışına sərt reaksiya verib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda keçirilən zirvə toplantısında Ermənistan xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyanın çıxışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın narazılığına səbəb olub. A. Hovakimyan çıxışında bildirib ki, Azərbaycan tərəfi siyasi günahlandırmadan əl çəkməlidir.
Səhiyyə Nazirliyi: İslamiada başlayandan 69 nəfər xəstəxanalara yerləşdirilib
Azərbaycanda keçirilən 4-cü İslam Həmrəylik Oyunları ilə bağlı səhiyyə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, müraciət edən yerli və xarici vətəndaşlara bütün zəruri tibbi yardım göstərilir. Səhiyyə NazirliyindənAPA-nın sorğusuna cavab olaraq bildirilib ki, oyunlar başladığı vaxtdan indiyə kimi beynəlxalq yarışa xidmətlə bağlı ayrılmış Bakı Sağlamlıq Mərkəzinə və Kliniki Tibbi Mərkəzə 69 müraciət daxil olub və müayinə aparılıb. 49 nəfərə zəruri ambulator yardım göstərilib, 25 nəfər isə stasionara yerləşdirilib. Stasionara yerləşdirilənlərin müalicəsi uğurla həyata keçirilib. Müraciətlər müxtəlif xarakterli, əksəriyyəti yerli, kiçik travmalar və zədələrlə bağlı olub.














