Gündəm

Şimali Koreyanın buraxdığı raket 500 kilometr məsafə qət edib

22 May 2017 14:35

Xəbər verdiyimiz kimi, KXDR “Pukkıkson-2” tipli orta məsafəli ballistik raket buraxılışı həyata keçirib. Prosesi ölkə başçısı Kim Çen In şəxsən izləyib. Raket 500 kilometr məsafəni qət edərək.

BNA 430 avtobus cəlb edib

22 May 2017 14:31

IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimində biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra müəyyən olunmuş istiqamətlərə (metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaqlara) daşınmasına cəlb edilən 430 ədəd avtobus artıq İctimai Nəqliyyat Terminalına toplanıb.

İsveçrədə yaşayan azərbaycanlılardan etiraz

22 May 2017 14:30

İsveçrədə Azərbaycanlıların Mədəniyyəti Dərnəyi Rusiya Federasiyasının Preizdenti, Rusiya Federasiyasının Ali Məhkəməsi, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bəyanatda ÜAK-ın qeydiyyatının ləğvi məsələsi ilə bağlı dərin təəssüf hissi ifadə olunub. “İsveçrədə yaşayan azərbaycanlıları birləşdirən böyük bir təşkilat kimi bilirik ki, diasporla işin qurulması, vətənlə mədəni əlaqələrin qorunub saxlanılması çətindir.

Nəqliyyat vasitəsi 461 manatla hərraca çıxarılıb

22 May 2017 14:29

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 iyunda yeni hərrac keçiriləcək. Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-ı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.

Atasını öldürən oğul tutuldu

22 May 2017 14:25

Biləsuvarda atasını öldürən oğul həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T. Rəsulovun meyiti eksqumasiya edilib. Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib. Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.Faktla əlaqədar cinayət işi başlanılıb.

Uşağı vurub qaçan sürücü saxlanıb

22 May 2017 14:24

Abşeronda 10 yaşlı uşağı maşın vurub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, 10 yaşlı Çingiz Əliyev vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilərək buraxılıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "QAZ-3110" markalı avtomobili idarə edən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səlim Səlimov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Bakıda iranlı tələbə dəm qazından boğulub

22 May 2017 14:23

İranlı tələbə Bakıda dəm qazından boğulub. Bu barədə “Olaylar”a mərhumun yaxınları məlumat verib. Məlumatda bildirilir ki, Bakıdakı ali təhsil müəssisələrindən birində təhsil alan İran İslam Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Parvaneh Mehdi Camşid oğlu eyni zamanda ərəb turistlərinə bələdçilik edirmiş. O, kiçik qadaşı ilə Nərimanov rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Nardaran sakini tüfəngi könüllü təhvil verib

22 May 2017 14:22

Sabunçu rayonunun Nardaran qəsəbə sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq 42-ci polis bölməsinə təhvil verib. “Olaylar”a  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Nizami Orucov müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngini könüllü olaraq 42-ci polis bölməsinə təhvil verib.

"Qadın qolları dövrü" nəşr olunacaq

22 May 2017 14:21

Gənc şair Hikmət Orhunun  "Qadın qolları dövrü" adlı şeirlər kitabı  Yaradıcılıq Fondunun Kitabxanası seriyasından yaxın günlərdə çapdan çıxacaq. Bu haqda şair sosial şəbəkədəki hesabından məlumat verib. Kitab iyunun 10 - da Gənc Tamaşaçılar teatrının önündə oxuculara təqdim olunacaq.

Astara Bilik Evinin direktoru Bilik Fondunda oldu

22 May 2017 14:15

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini,  Bilik Fondu Astara Bilik Evinin rəhbəri Yasəmən Rəsulova Fondun qonağı olub. Fonddan "Olaylar" - a bildirlib ki, Yasəmən Rəsulova Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüb. Görüşdə yeni açılan Astara Bilik Evinin fəaliyyət planı ətrafında müzakirələr aparılıb, həyata keçiriləcək təlimlərlə bağlı ilkin razılaşmalar əldə olunub.

Rusiyanın Su-24 təyyarəsinin pilotunun ölümündə şübhəli bilinən şəxs 5 il həbs cəzası alıb

22 May 2017 14:15

Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun ölümündə şübhəli bilinən Alparslan Çelik 5 il müddətinə həbs edilib. Müvafiq qərara səbəb A. Çelikin qeyri-qanuni silah saxlaması olub. A. Çelikin vəkilinin bildirdiyinə görə, Çelikin rusiyalı pilotun ölümündə əlinin olması ilə bağlı istintaq davam edir.

Rusiyada etnik və dini azlıqlarla qarşı ikili standartlar tətbiq olunur

22 May 2017 14:12

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi nəinki ölkə ictimaiyyəti, eləcə də Rusiyanın özündə fəaliyyət göstərən müxtəlif icmaların nahazılıq və narahatçılığına səbəb olub. Azərbaycan icmasının ləğvi ilə əsası qoyula biləcək president artıq Rusiya Federasiyasında fəaliyyət göstərən müxtəlif millərlərin icmalaranı narahat etməyə başlayıb.

Ən yüksək  bal toplayan məzunlar  taleyin ümidinə buraxılır

22 May 2017 14:09

Ali təhsil müəssisələrinə nəzərdə tutulan ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı ilə bağlı statistik rəqəmlər yenə də ürəkaçan olmayıb. Baxmayaraq ki, bu il tələbə qəbulu prosesində  köklü dəyişilik edilərək abiturientlər üçün əlavə imkanlar yaradılıb, lakin statistik göstəricilər “təhsilin yerində saydığını” deməyə əss verir.

İslam Həmrəyliyi Siyasəti: Azərbaycanın qlobal humanizmə töhfəsi

22 May 2017 14:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı və bu istiqamətdə geniş fəaliyyətə başlanılması – mühüm siyasi addım və qlobal humanizm aktı kimi ölkəmiz üçün, bütün islam ölkələri və eləcə də, bütün dünya üçün müstəsna əhəmiyyətə malikdir.