Gündəm
Türkiyə və Rusiya arasında ticarət məhdudiyyəti aradan qaldırılıb
Türkiyə və Rusiya qarşılıqlı olaraq ticarət məhdudiyyətlərinin aradan götürülməsinə dair bəyanat imzalayıb. Sənəd iki ölkənin hökumət başçılarının müavinləri Arkadi Dvorkoviç və Mehmet Şimşek tərəfindən İstanbulda imzalanıb.
Heydər Əsədov Yevlaxda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov may ayının 26-da Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.
Dəmiryoçular qan verib
Heydər Əliyev Fondunun başçılığı ilə talassemiyalı xəstələrə dəstək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti qanvermə aksiyası keçirir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, aksiya 22 may tarixində Bakı dəmir yolu xəstəxanasında başlayıb.
Azərbaycanlı İŞİD-çinin Ankaraya gətirdiyi terrorçulardan çertyoj tapıldı - VİDEO
Ankara valisi Ercan Topaca Etimesgut mahalında zərəsizləşdirilən 2 İŞİD terrorçusunun şəxsiyyətlərinin hələ təsbit edilmədiyini bildirib. Öldürülən terrorçuların üzərlərindən çıxan ilkin əlyazma çertyojlarından haranı hədəf aldığı məlum olub. Həmin çertyojlarda AK Partiya konqresi və Dikmendə bir qeyri-hökumət təşkilatının hədəf alındığı açıqlanıb.
"İcazəsiz Dağlıq Qarabağa səfər edən üzvlər Avropa Parlamenti adından çıxış etmirlər" - Rəsmi mövqe
Azərbaycanın icazəsi olmadan Avropa Parlamentinin (AP) Dağlıq Qarabağa səfər edən üzvləri AP adından çıxış etmirlər. Bunu Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli Məclisdə jurnalistlərə deyib.
Səməd Seyidov: “Avropa Parlamentində Ermənistanla Azərbaycan arasında sülh platformasının həyata keçirilməsinin tərəfdarıyıq”
“Ermənistan və Azərbaycan arasında sülh platformasının Avropa Parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq. Bu mesajı həm Avropa Parlamentində, həm təşkilatın buradakı nümayəndə heyəti ilə görüşlərdə, həm də başqa beynəlxalq təşkilatlarda səsləndiririk”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin nümayəndə heyəti ilə birgə keçirilən brifinqdə bildirib.
Dmitri Medvedev: “QDİƏT ölkələri arasında ticarət dövriyyəsinin həcmi artırılmalıdır”
“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ticarət dövriyyəsinin həcmi artırılmalıdır”. Bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dövlət və hökumət başçılarının İstanbulda keçirilən 25-ci zirvə toplantısında çıxış edən Rusiyanın baş naziri Dmitri Medvedev deyib. O bildirib ki, təşkilat gələcək üçün qarşısında daha iddialı vəzifələr qoymalıdır.
Avropa Jurnalistlər Federasiyasının illik toplantısı keçirilib
Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ illik toplantısı keçirilib. 18-19 may tarixlərində keçirilən və 30 ölkədən EFJ-yə üzv təşkilatların qatıldıqları toplantıda Azərbaycandan AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib.
Əmək və sosial müdafiə sahələrində Yaponiya ilə əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüş olub.
Dəri xərçənginə səbəb olan günəş şüalarından qorunmağın yolları
Havaların qızması insanların müxtəlif problemlərlə üzləşməsi ilə müşayət olunur. Məlum olduğu kimi günəş şüaları dərinin quruluğuna, günəş yanığına, dəri xərçənginə, günəş allergiyasına, erkən yaşlanma və ya foto yaşlanmaya, dərinin piqment dəyişikliyinə səbəb olur. Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının dosenti Elşad Novruzovun sözlərinə görə, günəş şüaları antibakterial təsir və “D” vitamini sintezini təmin etməklə yanaşı, həm də ultrabənövşəyi şüaların əmələ gətirdiyi zərərli təsirləri ilə də özünü göstərir. Gözlə görünə bilməyən ultrabənövşəyi A (UVA) şüaları dərinin dərin təbəqələrinə, ultrabönəvşəyi B (UVB) şüaları isə dərinin üst təbəqəsinə təsir edir.
ABŞ senatoru Putini və Lavrovu təhqir etdi
ABŞ senatoru Con Makkeyn Rusiya prezidenti Vladimir Putinin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ünvanına təhqiramiz ifadələr işlədib. “Fox News Sunday” proqramında çıxış edən Makkeyn ABŞ prezidenti Donald Trampın Ağ Evdə Sergey Lavrovu qəbul etməsinə münasibət bildirərək deyib ki, Rusiya XİN başçısının “oval kabinetdə işi yoxdur”.
“Qarant Aqro”nu da Ziya Məmmədovun əlindən aldılar
Mənbələrdən daxil olan informasiyaya görə, Rüfət Məmmədzadə “Qarant Aqro” MMC-nin baş direktoru vəzifəsini tərk edib.
Sabahdan bu məhsullar üçün gömrük rüsumu alınmayacaq
Sabahdan Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük idxal rüsumuna cəlb edilməyəcək. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edib. Aprelin 22-də dərc edilən bu qərar 30 gün sonra, mayın 23-də qüvvəyə minir.
Azərbaycan və Gürcüstanın müdafiə nazirləri Tbilisidə bir arada
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb. Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.
İranın xarici işlər naziri: "Tramp Səudiyyə Ərəbistanından pul çəkmək istəyir"
"ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından bütün pulları qopartmaq istəyir". Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın Səudiyyə Ərəbistanında rəsmi Tehrana qarşı səsləndirdiyi fikrə cavab olaraq deyib.














