Rubio Ukraynanın hava hücumundan müdafiə sistemindəki problemləri proqram təminatında yaranan nasazlıqla əlaqələndirib-ÖZƏL

ABŞ dövlət katibi Marko Rubio Ukraynanın hava hücumundan müdafiə sistemlərindəki son problemləri proqram təminatında yaranan nasazlıqla əlaqələndirib. Olaylar.az xəbər verir ki, Rubio səfərdə olduğu Səmərqənddə jurnalistlərə bildirib ki, "Bilirəm ki, bir neçə gün əvvəl onların erkən xəbərdarlıq sistemində proqram təminatı ilə bağlı problem var idi. Bilirəm ki, Avropa Komandanlığı bunu araşdırır".
O, həmçinin Volodimir Zelenskinin ABŞ-ın Ukraynaya bəzi kəşfiyyat məlumatlarını ötürməsini dayandırdığı barədə iddialarını da rədd etdi. "Onun bu məlumatı haradan aldığını və ya bunu mediaya niyə dediyini bilmirəm. Ondan soruşmalısınız. Heç bir fasilə olmadı", - Rubio dedi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31