Latviya Ermənistandan gətirilən yaşıl çay partiyasını geri qaytarır – ÖZƏL
10:36 DünyaOlaylar.az xəbər verir ki, Latviya Qida və Baytarlıq Xidməti Ermənistandan idxal edilən 57,6 kq çəkidə yaşıl çay partiyasında Avropa İttifaqında qadağan olunmuş tolfenpirad, həmçinin icazə verilən həddi aşan lyambda-siqalotrin və tiametoksam pestisidləri aşkar edib. Bu səbəbdən çayın ölkə ərazisinə daxil olmasına qadağa qoyulub və məhsulun ya məhv edilməsi, ya da Aİ-dən kənar bir ölkəyə qaytarılması tələb olunub.
Qeyd edək ki, Rusiyanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətlərdən sonra İrəvan Brüsseldən aldığı on milyonlarla avro maliyyə dəstəyi ilə ixracın bir hissəsini Aİ bazarlarına yönəltməyə çalışırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31