Avropa Jurnalistlər Federasiyasının illik toplantısı keçirilib
Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ illik toplantısı keçirilib. 18-19 may tarixlərində keçirilən və 30 ölkədən EFJ-yə üzv təşkilatların qatıldıqları toplantıda Azərbaycandan AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib.
22 May 2017 14:51 SosialRumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ illik toplantısı keçirilib. 18-19 may tarixlərində keçirilən və 30 ölkədən EFJ-yə üzv təşkilatların qatıldıqları toplantıda Azərbaycandan AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib. JuHİ sədri Müşfiq Ələsgərli "Olaylar"a bildirib ki, toplantıda öncə AFJ-nin təşkilati məsələləri müzakirə edilib; AFJ strukturlarının (pezident Moqan Bliçerin və ayrı-ayrı departamentlərin) hesabatları dinlənilib, qəbul edilib. Daha sonra Avropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb. Müzakirələr bölümündə öncə ATƏT-in media ofisinin təmsilçisi Patrik Penninksin və Avropa Şurasının İnformasiya ofisindən Marilin Clarkın məruzələri dinlənilib. AFJ pezidenti Moqan Bliçer çıxışında xüsusi vurğulayıb ki, son illərdə "əmək qanunlarına və medi yayımını tənzimləyən qanunlara edilən dəyişikliklər KİV qurumları sahiblərinə jurnalist kollektivləri üzərində daha artıq səlahiyyətlər verir ki, bu da jurnalistləri peşə standartlarından daha çox, sahibkarların istəklərinə uyğun davranışa sövq edir". Məruzələrdə internetin inkişafı ilə əlaqədar olaraq ortaya çıxan problemlər də qeyd edilib. AFJ və İFJ mövzu üzrə müvafiq təşəbbüslər hazırlamaq üçün internet tənzimlənməsi və müəllif hüquqlarını araşdıran komissiyalarının fəaliyyətinin gücləndirilməsinə qərar verib. Toplantının gedişində ciddi müzakirə edilən mövzulardan biri də jurnalist təhlükəsizliyi olub. Həbslər, təqiblər, ölüm halları ilə yanaşı, münaqişə bölgələrində jurnalist fəaliyyətinin çətinləşməsi xüsusi qeyd edilib. Jurnalist təhlükəsizliyi mövzusunun aktul saxlanılması, problemin qarşısının alınması üçün yeni təşəbbüslər hazırlanmasına qərar verilib. JuHİ sədri Müşfiq Ələsgərli toplantı çərçivəsində müzakirələrə qatılmaqla yanaşı, bir sıra ölkələrin jurnalist təşkilatlarının təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib, ölkələrimizin media qurumları arasında əməkdaşlıq qurulması üçün razılıq əldə edilib.