İranın xarici işlər naziri: "Tramp Səudiyyə Ərəbistanından pul çəkmək istəyir"

"ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından bütün pulları qopartmaq istəyir". Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın Səudiyyə Ərəbistanında rəsmi Tehrana qarşı səsləndirdiyi fikrə cavab olaraq deyib.

"Prezident seçkilərindən dərhal sonra Trampın demokratiya və əmin-amanlıq qalasından (Ər-Riyad-red.) hücumuna məruz qaldıq. Xarici siyasət və ya sadəcə Səudiyyə Ərəbistanında 480 milyardın çıxarılması?..", - deyə Zərif öz Twitter səhifəsində yazıb.

Zərif, həmçinin öz paylaşımına Trampın Səudiyyə Ərəbistanı kralına ABŞ iqtisadiyyatına investisiya yatırmasına dair çıxışından da hissə atıb. İRNA 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31