Gündəm

Dini Komitə məşhur müsəlman idmançılar haqqında kitab nəşr edib

22 May 2017 15:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "World’s famous muslim athletes” (Dünyanın məhşur müsəlman idmançıları) adlı kitab nəşr edib. “OLAYLAR”-ın xəbərinə görə, kitabın müəllifləri Dövlət Komitəsinin əməkdaşları Orxan Maşayev və Tural Vəlizadədir. Ön sözünün müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının olduğu kitabda idmanın insan həyatındakı rolundan və İslam Həmrəyliyi Oyunlarının tarixindən bəhs edilib. İngilis dilində nəşr olunmuş kitabda, eyni zamanda dünya səviyyəsində böyük nüfuz sahibi olan görkəmli müsəlman idmançıların həyatı haqqında məlumatlar yer alıb.

IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş müsabiqəyə yekun vurulub

22 May 2017 15:56

Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş respublika təsviri sənət müsabiqəsinə yekun vurulub. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycanın bütün bölgələrindən məktəblilərin iştirak etdiyi müsabiqənin təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarını təbliğ etmək, şagirdlərdə dini tolerantlıq, islam xalqları arasında sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaqdır.

Məktəblilərin muzeylərə ekskursiyası təşkil edilib

22 May 2017 15:36

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin paytaxtdakı muzeylərə ekskursiyası təşkil edilib. “OLAYLAR”-a daxil olan məlumata görə, 18 may - Beynəlxalq Muzey Günü münasibətilə təşkil olunan ekskursiyanın əsas məqsədi Bakı şəhərində fəaliyyət göstərən muzeylərin tarixi, etnoqrafik və mədəni ekspozisiyası barədə məktəblilərin maarifləndirilməsindən ibarətdir.

Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər

22 May 2017 15:35

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən "Region gəncləri arasında Azərbaycan tarixi mövzusunda olimpiadalar və intellektual oyunlar" layihəsi başa çatıb. “OLAYLAR”-a daxil olan məlumata görə, layihə çərçivəsində 16-21 aprel 2017-ci il tarixlərində Qəbələ, Oğuz və Şəkidə tədbirlər təşkil edilib. Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini Anar Məhərrəmov layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

“İntizar”  yenidən Opera və Balet teatrında

22 May 2017 15:35

Mayın 24-də Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə  "İntizar" operası nümayiş olunacaq. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır. İttifaqdan "Olaylar" - a bildirlib ki,  əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa edəcəklər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Qəbələ sakininin evində tüfəng aşkar edilib

22 May 2017 15:32

Qəbələ sakinindən odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində  Kürd kənd sakini Şöhrət Məmmədovun evinə baxış zamanı "İJ-28" markalı tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Oteldə oğurluq edən qadın saxlanıb

22 May 2017 15:31

Mayın 19-da Gəncə şəhəri ərazisindəki otellərdən birində Bakı şəhər sakini olan bir qadının çantasından 1000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada xadimə işləyən Gəncə şəhər sakini Sevinc Quliyeva saxlanılıb.

Ağdaş  sakinindən heroin götürülüb

22 May 2017 15:30

Ağdaş rayon sakinindən heroin götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsini 22-ci polis bölməsi əməkdaşları tərəfindən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Avdullayevdən 559,9 qram heroin aşkar edilərək götürülüb. Araşdırma parılır.

Ucarda qaşçırılan avtomobil Sumqayıtda saxlanıb

22 May 2017 15:29

Mayın 21-də saat 18 radələrində Ucar rayonunun Boyat kəndi yaxınlığından rayon sakini Bəhruz Əsədova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Hüseynov Ağdaş şəhəri ərazisində tutulub.

Xalq rəssamı Davud Kazımov anılacaq

22 May 2017 15:30

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Davud Kazımovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçiriləcək. Muzeydən "Olaylar" - a bildirlib ki, Xalq rəssamı Davud Kazımov 1926-cı ildə Bakıda dünyaya göz açıb. Geniş yaradıcılıq diapazonuna malik Davud Kazımov təsviri sənətdə orijnal dəsti-xətti, fərdi rəng duyumu, lirizmi ilə özünəməxsus iz qoyub. Görkəmli rəssam rəngkarlıq incəsənətinə olduğu kimi, Azərbaycan qrafika sənətinə də bədii töhfələr verib.

Hesablama Palatası “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanuna rəy verib

22 May 2017 15:27

Hesablama Palatasının növbəti Kollegiya iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi geniş  müzakirə edilmişdir.

Polisin ölümündə günahlandırılan aktrisa saxlanıldı

22 May 2017 15:25

Britaniyalı aktrisa polislər tərəfindən saxlanılarkən qışqırıb, səs-küy salıb.  Taylandda "Tsunami Warrior" və "Brown Sugar" kinolarına çəkilən aktrisa Anna Reese Banqkokdakı gecə klubundan qaçarkən polislər tərəfindən saxlanılıb. Saxlanılarkən müğənninin səs-küy salması, aqressiv davranması klubdakıların diqqətini çəkib.

“İslam NATO”su

22 May 2017 15:24

Həftə sonu Ər-Riyadda baş tutan Ərəb-İslam-Amerika sammiti ətrafında müzakirələr, bu sammitin mümkün nəticələri barədə fikir mübadilələri davam edir, bundan sonrakı proseslər barədə bir sıra mülahizələr, proqnozlar səsləndirilir. Xüsusilə, səslənən fikirlər arasında Ağ Ev rəhbəri kimi Donald Trampın ilk olaraq müsəlman ölkəsinə səfər etməsi xüsusi yer alır.

Ərdoğan: “QDİƏT yaradılanda bəziləri onun yaşaya biləcəyinə inanmırdı”

22 May 2017 15:19

“Bundan sonrakı əsas hədəfimiz - davamlı inkişaf olmalıdır”. Bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısından sonra təşkil olunan mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.