IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş müsabiqəyə yekun vurulub
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş respublika təsviri sənət müsabiqəsinə yekun vurulub. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycanın bütün bölgələrindən məktəblilərin iştirak etdiyi müsabiqənin təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarını təbliğ etmək, şagirdlərdə dini tolerantlıq, islam xalqları arasında sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaqdır.
22 May 2017 15:56 SosialEstetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş respublika təsviri sənət müsabiqəsinə yekun vurulub. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycanın bütün bölgələrindən məktəblilərin iştirak etdiyi müsabiqənin təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarını təbliğ etmək, şagirdlərdə dini tolerantlıq, islam xalqları arasında sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaqdır. İki mərhələ üzrə keçirilən müsabiqədə ümumilikdə 753 rəsm əsəri qiymətləndirilib. I zona üzrə müsabiqəyə 83 ümumtəhsil müəssisəsindən 270 rəsm əsəri təqdim edilib. Əsərlər Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, "Təhsil" Respublika İdman Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblər Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasına dəvət olunub, diplom və hədiyyələrlə mükafatlandırılıb.