“İntizar”  yenidən Opera və Balet teatrında

Mayın 24-də Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə  "İntizar" operası nümayiş olunacaq. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır. İttifaqdan "Olaylar" - a bildirlib ki,  əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa edəcəklər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Mayın 24-də Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə  "İntizar" operası nümayiş olunacaq. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

İttifaqdan "Olaylar" - a bildirlib ki,  əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa edəcəklər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

"İntizar" operası ("Qarabağnamə" adı ilə) ilk dəfə 2007-ci ildə M.Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalı çərçivəsində xalq artisti Cənnət Səlimovanın qruluşunda və dünya şöhrətli dirijor Arkadi Ştеynluхtun idarəsi ilə nümayiş olunub.

2014-cü il mayın 4-də Opera və Balet Teatrının səhnəsində  teatrın baş rejissoru Əməkdar İncəsənət xadimi Hafiz Quiliyev"İntizar" operasına yenidən  quruluş verdi.

"İntizar" opesında Qarabağ uğrunda şəhid olan əsgərlərin məcazi olaraq dirilməyi, "Ağ at"ın sujet xəttində diqqətçəkən detal kimi yer almağı gözəl bir mesajdı. O mesajı belə mənalandıra bilərik ki, biz haqqa inanan bir millətik. Qələbəyə olan inamımız böyükdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31