Xalq rəssamı Davud Kazımov anılacaq
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Davud Kazımovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçiriləcək. Muzeydən "Olaylar" - a bildirlib ki, Xalq rəssamı Davud Kazımov 1926-cı ildə Bakıda dünyaya göz açıb. Geniş yaradıcılıq diapazonuna malik Davud Kazımov təsviri sənətdə orijnal dəsti-xətti, fərdi rəng duyumu, lirizmi ilə özünəməxsus iz qoyub. Görkəmli rəssam rəngkarlıq incəsənətinə olduğu kimi, Azərbaycan qrafika sənətinə də bədii töhfələr verib.
22 May 2017 15:30 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Davud Kazımovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçiriləcək.
Muzeydən "Olaylar" - a bildirlib ki, Xalq rəssamı Davud Kazımov 1926-cı ildə Bakıda dünyaya göz açıb. Geniş yaradıcılıq diapazonuna malik Davud Kazımov təsviri sənətdə orijnal dəsti-xətti, fərdi rəng duyumu, lirizmi ilə özünəməxsus iz qoyub. Görkəmli rəssam rəngkarlıq incəsənətinə olduğu kimi, Azərbaycan qrafika sənətinə də bədii töhfələr verib.
Sərgidə rəssamın "Şahdağ", "Göygöl", "Şamaxı yolu", "Çöl gülləri", "Batabat", "Abşeron mənzərəsi" kimi tabloları nümayiş olunacaq.