Gündəm
AzTU-nun əməkdaşı Türkiyənin Katib Çələbi Universitetində
Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai fənlər kafedrasının dosenti Əyyub Kərimov Erasmus-Mövlanə Akademik mübadilə proqramı çərçivəsində 15 gün Türkiyənin İzmir şəhərində yerləşən Katib Çələbi Universitetində səfərdə olub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, alim universitetlə tanışlıqdan sonra fəlsəfə fənni üzrə tələbə və magistrlara "Müasir fəlsəfi nəzəriyyələr", “Siyasət fəlsəfəsi”, “Fəlsəfədə idrak problemi”mövzularında mühazirələr oxuyub. Mühazirələri çox böyük maraqla qarşılanan Əyyub Kərimov tələbələrə Azərbaycanın multikulturalizm modeli haqqında da məlumat verib.
Bu gecə metro saat 2-dək işləyəcək
IV İslam Həmrəyliyi Oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həlledici futbol görşləri zamanı da Bakı metropoliteni xüsusi tədbirlər planına uyğun fəaliyyət göstərib. Tədbirlər planına əsasən, qatarların hərəkət qrafikində də müvafiq dəyişikliklər edilib, ehtiyat qatarlar saxlanılıb.
Türkiyə və Azərbaycan “Kitabi Dədə Qorqud”la bağlı UNESCO-ya müraciət edəcək
“Azərbaycanlı turistlərin Türkiyəyə, türkiyəli turistlərin Azərbaycana səfərində heç bir problem yoxdur. İki ölkənin mədəniyyətlərinin, mətbəxlərinin yaxın olması da bunda mühüm rol oynayır”.
AP-nin komitə sədri: “Azərbaycan Avropa üçün dəyərli tərəfdaşdır”
“Avropa Parlamentinin nümayəndə heyəti bu səfəri ilə bir daha bildirmək istəyir ki, Azərbaycan Avropa üçün dəyərli tərəfdaş, böyük maraq kəsb edən dövlətdir”. Bunu Bakıda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli məclisdə keçirilən brifinqdə bildirib.
MakAlister: "Bəzi parlamentarilərin Dağlıq Qarabağa səfərinə görə Avropa Parlamenti cavabdehlik daşımır"
Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister AP-nin bəzi üzvlərinin Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etməsinə münasibət bildirib.
Ümumdünya Ərzaq Təşkilatı: Yüz minlərlə uşaq aclıq təhlükəsi ilə üzləşib
Dünyada yüz minlərlə uşaq Ümumdünya Ərzaq Təşkilatının maliyyələşməsində yaranan problemlə əlaqədar aclıqdan ölmək təhlükəsi ilə üzləşib.
Yəməndə bir ay ərzində 250 nəfər vəba xəstəliyindən həlak olub
Yəmən vəba epidemiyası təhlükəsi altındadır, son bir ayda bu xəstəlikdən 250 nəfər həlak olub, hər gün yüzlərlə insan bu xəstəliyə yoluxur. Bu barədə "Uşaqları xilas edin" xeyriyyə təşkilatı bəyanat yayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vətəndaş müharibəsi gedən ölkədə xəstəlik sürətlə yayılır. Xəstələnənlərin əksəriyyəti paytaxat Sanadadır, artıq hökumət orqanları fövqəladə vəziyyət elan edib.
"ÜAK-ın ləğvində ermənipərəst qüvvələr fəal iştirak ediblər"
"Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsi barədə çıxarılan qərarın böyük bir hissəsi artıq Rusiya vətəndaşları olan milyonlarla azərbaycanlının hüquq və azadlıqlarının pozulmasına səbəb olub". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
Bakı şəhər prokuroruna mətbuat üzrə köməkçi təyin edilib
Bakı şəhər Prokurorluğunda yeni təyinat olub. Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Tural Çingiz oğlu Aslanov Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinə təyin olunub. O, bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.
Dini plüralizmin qorunduğu ölkə
Azərbaycan hər zaman özünəməxsus xüsusiyyətləri, müsbət keyfiyyətləri ilə seçilən, ad qazanan, reytinq əldə edən ölkələrdən biri olub. Xüsusilə, tarixi adət və ənənələr, onlara bağlılıq və həmin ənənələri inkişaf etdirmək baxımından Azərbaycan hər zaman ilklərə imza atıb. Bu müsbət tendensiya özünü daha çox tarixdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra özünü büruzə verməyə başlayıb. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra demokratik ənənələrə malik ölkə olaraq inkişaf etməyə başlayıb. Günümüzdə də Azərbaycan məhz bu inkişaf tempi ilə öz yoluna davam edir.
IV İslam Həmrəyliyi Oyunları başa çatıb, Azərbaycan birinci olub
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda təşkil olunan yarışa tennisçilərin mübarizəsi ilə yekun vurulub.
Vaqonun üzərində şəkil çəkdirmək istəyən qızı 30 min voltluq cərəyan vurdu: Yandı
Eskişehirdə şəkil çəkdirmək üçün yük qatarının üzərində çıxan Ebru Demiri 30 min voltluq cərəyan vurub. Enveriye Qatar Stansiyasında dünən qatar gözləyərkən şəkil çəkdirmək istəyən Eskişehir Şəhid Həsən Önal Peşə və Texniki Anadolu Liseyinin 10-cu sinif şagirdi Ebru Demir vaqonlardan birinin üzərinə çıxıb.
Dərman qutusundan narkotik vasitə çıxdı
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verlən məlumata görə, baxış zamanı, qutunun içərisində təsiredici maddəsinin ümumi miqdarı 0,044 qram olan buprenorfin, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan metadon və təsiredici maddəsinin ümumi miqdarı 1 qram olan tramadol adlı dərman preparatları aşkar edilib.
4 000 ədəd siqaret aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn "Vaz-2106" markalı avtomobilin sərnişini-Azərbaycan Respublikası vətəndaşı olan şəxsin üzərinə və onun sərnişini olduğu avtomobilə gömrük baxış keçirilib.
Qaz ehtiyatlarının 6,4 faizi itkiyə gedib
Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 6762,3 milyon kub metr təşkil etmişdir. Ehtiyatların 69,8 faizi hasilatın, 25,4 faizi qalığın, 4,8 faizi isə idxalın hesabına formalaşmışdır. Təbii qazın 47,0 faizi istehlak, 34,9 faizi ixrac olunmuş, 6,4 faizi itkiyə getmiş, 11,7 faizi isə aprel ayının əvvəlinə ehtiyat kimi qalmışdır.














