Ümumdünya Ərzaq Təşkilatı: Yüz minlərlə uşaq aclıq təhlükəsi ilə üzləşib
Dünyada yüz minlərlə uşaq Ümumdünya Ərzaq Təşkilatının maliyyələşməsində yaranan problemlə əlaqədar aclıqdan ölmək təhlükəsi ilə üzləşib.
22 May 2017 16:31 SosialDünyada yüz minlərlə uşaq Ümumdünya Ərzaq Təşkilatının maliyyələşməsində yaranan problemlə əlaqədar aclıqdan ölmək təhlükəsi ilə üzləşib. Bunu təşkilatın icraçı direktoru Devid Bisli deyib. O bildirib ki, təşkilatın maliyyələşməsində boşluqlar həll olunmasa, 600 min uşaq acından ölə bilər. D. Bisli qeyd edib ki, təşkilatın ABŞ tərəfindən maliyyələşdirilməsinin dayandırılmasının qarşısını almaq üçün Vaşinqtonda olan bütün əlaqələrini işə salacaq.
Qeyd edək ki, Devid Bisli daha əvvəl ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru olub. Apa.az "Associated press"ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31