4 000 ədəd siqaret aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn "Vaz-2106" markalı avtomobilin sərnişini-Azərbaycan Respublikası vətəndaşı olan şəxsin üzərinə və onun sərnişini olduğu avtomobilə gömrük baxış keçirilib.
22 May 2017 16:00 KriminalTovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn "Vaz-2106" markalı avtomobilin sərnişini-Azərbaycan Respublikası vətəndaşı olan şəxsin üzərinə və onun sərnişini olduğu avtomobilə gömrük baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı avtomobildən həmin şəxsə məxsus olan, gömrük nəzarətinə düzgün bəyan edilməyən və üzərində aksiz markası olmayan 1200 ədəd "Pirveli" və 1600 ədəd "Marlboro" , həmin şəxsin üzərindən isə 1200 ədəd"Marlboro" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.