AzTU-nun əməkdaşı Türkiyənin Katib Çələbi Universitetində
Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai fənlər kafedrasının dosenti Əyyub Kərimov Erasmus-Mövlanə Akademik mübadilə proqramı çərçivəsində 15 gün Türkiyənin İzmir şəhərində yerləşən Katib Çələbi Universitetində səfərdə olub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, alim universitetlə tanışlıqdan sonra fəlsəfə fənni üzrə tələbə və magistrlara "Müasir fəlsəfi nəzəriyyələr", “Siyasət fəlsəfəsi”, “Fəlsəfədə idrak problemi”mövzularında mühazirələr oxuyub. Mühazirələri çox böyük maraqla qarşılanan Əyyub Kərimov tələbələrə Azərbaycanın multikulturalizm modeli haqqında da məlumat verib.
22 May 2017 16:41 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) İctimai fənlər kafedrasının dosenti Əyyub Kərimov Erasmus-Mövlanə Akademik mübadilə proqramı çərçivəsində 15 gün Türkiyənin İzmir şəhərində yerləşən Katib Çələbi Universitetində səfərdə olub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, alim universitetlə tanışlıqdan sonra fəlsəfə fənni üzrə tələbə və magistrlara "Müasir fəlsəfi nəzəriyyələr", "Siyasət fəlsəfəsi", "Fəlsəfədə idrak problemi"mövzularında mühazirələr oxuyub. Mühazirələri çox böyük maraqla qarşılanan Əyyub Kərimov tələbələrə Azərbaycanın multikulturalizm modeli haqqında da məlumat verib.
Bundan əlavə, alim "Qafqazşünaslıq" üzrə görkəmli mütəxəssis,professor Haktan Birselin dəvəti ilə "Azərbaycan-erməni münasibətləri tarixi faktlar işığında" mövzusunda geniş auditoriya qarşısında çıxış edib. Əyyub Kərimov səfər çərçivəsindəİzmirinTürkan-Saylan Mədəniyyət Mərkəzində ali məktəblərdə fəlsəfə fənni tədris edən alimlərin toplantısında da iştirak edib. Toplantıda filosoflar qarşılıqlı fikir mübadiləsi aparıblar.
Səfər zamanı İzmir Televiziyasının "Gündəm özəl" proqramının qonağı olan Əyyub Kərimov Azərbaycan həqiqətləri haqqında geniş məlumat verib. Qeyd edək ki, qarşılıqlı təcrübə mübadiləsi baxımından vətədrisə fərqli yanaşmalar kontekstindən xeyli dərəcədə faydalı olan bu cür səfərlər müxtəlif beynəlxalq təhsil layihələri çərçivəsində, həmçinin AzTU-nun öz hesabına mütəmadi olaraq həyata keçirilir.