Gündəm
ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı
ABŞ-ın Ankardakı səfiri Con Bass Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu haqda Türkiyə XİN-i açıqlama yayıb. "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftə Vaşinqtona ziyarəti zamanı Türkiyənin ABŞ-dakı səfirliyinin binası qarşısında prezidentimizin mühafizə xidmətinin əməkdaşlarına qarşı hücumu, təcavükar davranışın dipolmatik qaydalara zidd olduğu ABŞ səfirinin diqqətinə çatdırlıb. ABŞ rəsmilərindən bu məsələ ilə bağlı istintaqa başlaması və lazım olan açıqlamanı verməsi səfirdən rəsmi olaraq, tələb edilib", - deyə açıqlamada vurğulanıb.
20 gündən sonra ukraynalıların həyatı dəyişəcək
Avropa İttifaqının (Aİ) rəsmi qəzetində Ukrayna vətəndaşlarına vizasız rejimin tətbiq olunması ilə bağlı qərarı dərc edib. Bununla da Ukrayna vətəndaşları 20 gündən sonra iyunun 11-dən Aİ ölkələrinə vizasız səfər edə biləcəklər. "Geri sayım başladı! 20 gündən sonra, yəni iyunun 10-dan 11-ə keçən gecə ukraynalılar üçün vizasız rejim qüvvəyə minəcək", - deyə Ukrayna prezidenti Pyotr Poroşenko "Twitter"-də yazıb.
Politoloq: “Torpaqlar qeyd şərtiz gerçək sahibinə qaytarılmalıdır”
“Bu yaxınlarda Dağlıq Qarabağda Azərbaycan ordusu tərəfindən vurulan “OSA hava hücumu” qurğusunun Rusiyaya məxsus olması bir çox suallar yaradır. Ermənistan bu faktı qabardaraq Azərbaycan tərəfini hərbi eskalasiyanı qızışdırmaqda günahlandırmağa çalışsalarda əslində bu hadisə onların əleyhinə işlədi. Ermənistanın bu hadisəyə cavab verəcəyi hədələri də yersizdir və cavab vermək imkanları da məhduddur”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında Protokol imzalanıb
Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) arasında 35 yaşadək gənc alimlərin qrantlar yolu ilə birgə dəstəklənməsi haqqında Protokol imzalanıb.
IV İslam Həmrəyliyi Oyunları həmrəylik tədbiri kimi tarixdə qalacaq
“IV İslam Həmrəyliyi Oyunları həqiqətən də müsəlman ölkələr arasında birlik və həmrəylik tədbiri kimi tarixdə qalacaq”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndiriib.
Bioresurslar İnstitutunda Beynəlxalq Biomüxtəliflik gününə həsr olunan elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda 22 may-Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar elmi konfrans keçirilib. Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi ilə birgə keçirilən tədbiri bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov açıb. Akademik biomüxtəlifliyin mövcud vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verərək ölkədə biolojimüxtəlifliyin qorunması istiqamətində görülən işlərdən, biomüxtəlifliyin qorunmasında həyata keçirilən tədbirlərdən, Bölmənin Bioresurslar İnstitutunun apardığı tədqiqatlardan ətraflı bəhs edib.
Həmsədrlər Laçın koridorunun ələ keçirilməsini və ya dağıdılmasını aktuallaşdırırlar
ATƏT-in Minsk Qrupu həmsədrləri ilk dəfə idi bir hərbi hadisə barədə bəyanat yayırdılar. Bəyanatın diqqət çəkən məqamları hədsiz çoxdur:
Keçən ay yükdaşımaların həcmi artıb
Cari ilin aprelində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmində çoxalma olub. Artım həm maye, həm də quru yüklərdə qeydə alınıb.
İbtidai sinif müəllimləri üçün təlim kursu
Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “İbtidai sinif müəllimi” adlı təlim kursu keçirilir.
Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Turizm üzrə Şurasının növbəti iclası keçirilib
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Turizm üzrə Şurasının növbəti iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə. tədbirdə ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Rafiq Bayramov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Araz Bağırlı təmsil edirdilər.
Gənclərə milli-mənəvi dəyərləraşılanır
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir” adlı növbəti tədbirini Siyəzən rayonunda keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, Siyəzən rayonunda Gənclər Mərkəzində yuxarı sinif şagirdlərin iştirakı ilə keçirilən tədbirdə ADİİM sədri Cavid Şahverdiyev bildirib ki, xalq öz milli ruhunu, mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini qoruyub yaşadanda, inkişaf etdirib gələcək nəsillərə çatdıranda böyük və qüdrətli olur.
Azərbaycanda lüt şəkilləri yayılan qadına əri kömək etdi - ŞOK TƏFƏRRÜAT
Azərbaycanda ər-arvadı şantaj edib onlardan külli miqdarda pul alan şəxslərlə bağlı maraqlı faktlar üzə çıxıb. Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Saray qəsəbə sakini Nizami Cəfərov bir neçə il əvvəl tanış olduğu 40 yaşlı Aygün Sultanovanı (ad-soyad şərtidir) şantaj edərək, ondan 2012-ci ildən bu günədək ümumilikdə 31 min manat alıb. O, həmin qadını yazışmaları və açıq-saçıq görüntüləri ilə şantaj edib və müxtəlif şəxsləri qadınla görüşdürərək, ona pul yollamasını tələb edib. Bu işdə N.Cəfərova dostu Kamil Muxtarov da kömək edib və pulların alınmasında iştirak edib.
QDİƏT-in İstanbul sammitinin yekun bəyannaməsi qəbul edilib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dövlət və hökumət başçılarının İstanbulda keçirilən 25-ci zirvə toplantısı başa çatıb. Toplantının sonunda iştirakçılar tərəfindən yekun bəyannamə qəbul edilib.
IV İslam Həmrəylik Oyunları barədə maraqlı məlumatlar- STATİSTİKA
12-22 may 2017-ci il tarixində Bakıda keçirlən İslam Həmrəylik Oyunlarında oyunlar üçün bir sıra rekord göstəricilər qeydə alınıb.
Ermənistan-Azərbaycan Sülh Platformasından YENİLİK: Rusiya ilə danışıqlar aparılır
“Ermənistan-Azərbaycan Sülh Platforması ətrafında əlaqələr genişlənir. Qarşı tərəfdən bu platformaya maraq göstərənlər çoxdur. Təbii ki, işğalçı siyasət həyata keçirənlər, xalq diplomatiyasının işini qəbul etməyənlər Qarabağ probleminin həllində maraqlı deyillər. Ona görə də bizə dəstək olan sadə vətəndaşlara qarşı təzyiq həyata keçirirlər”.














