Bioresurslar İnstitutunda Beynəlxalq Biomüxtəliflik gününə həsr olunan elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda 22 may-Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar elmi konfrans keçirilib. Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi ilə birgə keçirilən tədbiri bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov açıb. Akademik biomüxtəlifliyin mövcud vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verərək ölkədə biolojimüxtəlifliyin qorunması istiqamətində görülən işlərdən, biomüxtəlifliyin qorunmasında həyata keçirilən tədbirlərdən, Bölmənin Bioresurslar İnstitutunun apardığı tədqiqatlardan ətraflı bəhs edib.
22 May 2017 17:29 SosialAMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda 22 may-Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar elmi konfrans keçirilib. Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi ilə birgə keçirilən tədbiri bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov açıb. Akademik biomüxtəlifliyin mövcud vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verərək ölkədə biolojimüxtəlifliyin qorunması istiqamətində görülən işlərdən, biomüxtəlifliyin qorunmasında həyata keçirilən tədbirlərdən, Bölmənin Bioresurslar İnstitutunun apardığı tədqiqatlardan ətraflı bəhs edib.
Sonra AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun "Meyvə, tərəvəz və üzümçülük" laboratoriyasının rəhbəri, a.e.ü.e.d., dosent Varis Quliyevin "Naxçıvan Muxtar Respublikasının meyvə və giləmeyvə bitkilərinin biomüxtəlifliyinin ərzaq təhlükəsizliyinin təminatında rolu", Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyevin "Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin qorunması", Naxçıvan Dövlət Universitetinin "Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan müavini, b.ü.f.d., dosent Hilal Qasımovun "Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyində yabanı tərəvəz bitkilərinin rolu" mövzusunda məruzələri dinlənilib.
Daha sonra Bioresurslar İnstitutunun "Bitki sistematikası" şöbəsinin müdiri, professor Əliyar İbrahimov, b.ü.e.d., dosent, İsmayıl Məmmədov, b.ü.f.d., dosent Ənvər İbrahimov, "Zooloji tədqiqatlar" şöbəsinin müdiri, b.ü.f.d., dosent Akif Bayramov və "Torpaq ehtiyatları" laboratoriyasının müdiri Sahib Hacıyev çıxış edərək Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin qorunması istiqamətində görülən işlərdən söz açıblar.