İbtidai sinif müəllimləri üçün təlim kursu
Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “İbtidai sinif müəllimi” adlı təlim kursu keçirilir.
22 May 2017 17:22 SosialTəhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda "İbtidai sinif müəllimi" adlı təlim kursu keçirilir. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, təlim kursunun əsas məqsədi ibtidai sinif müəllimlərinə qabaqcıl təhsil sistemi və effektiv sinif idarəetməsi haqqında məlumat vermək, yeni qiymətləndirmə metodları ilə müəllimləri tanış etmək və onların liderlik potensialını inkişaf etdirməkdir. Təlim kursu Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi, xüsusi dəvət olunmuş Çan Vi Bun tərəfindən keçirilir. Kurs çərçivəsində şagirdlər ilə ünsiyyət bacarıqlarının inkişafı, dərslərin təşkili və digər mövzularda interaktiv sessiyalar da təşkil olunur. Təlim kursunda iştirak etmək məqsədilə 28 nəfər ibtidai sinif müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və bu təhsil müəssisəsinin nəzdində Pedaqoji Kollecin əməkdaşları seçilib.