Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Turizm üzrə Şurasının növbəti iclası keçirilib

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Turizm üzrə Şurasının növbəti iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə. tədbirdə ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Rafiq Bayramov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Araz Bağırlı təmsil edirdilər.

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Turizm üzrə Şurasının növbəti iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə. tədbirdə ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Rafiq Bayramov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Araz Bağırlı təmsil edirdilər. Ermitaj muzeyində keçirilən iclası Rusiyanın mədəniyyət nazirinin müavini Alla Manilova açıq elan edərək ölkələr arasında turizm sahəsində əməkdaşlığın perspektivlərini, qanunvericilik təcrübələrinin qarşılıqlı öyrənilməsinin zərurətini vurğuladı, Rusiyada turizm qanunvericiliyinin təkmilləşdirilməsi üçün atılan addımlar barədə məlumat verdi. İclasda çıxış edən R.Bayramov təşkilatçılara öz minnətdarlığını bildirərək Azərbaycanda son illər turizm sahəsində keçirilən islahatlar haqqında geniş məlumat verdi. R.Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələri, Milli Turizm Təbliğat Bürosunun və Turizm Şurasının yaradılması, ASAN viza və s. layihələrin milli turizmin inkişafına müsbət təsirini də qeyd etdi. Natiq həmçinin, ölkəmizdə qlobal miqyaslı tədbirlərin keçirilməsi və bu istiqamətdə Azərbaycan təcrübəsinin yüksək beynəlxalq standartlar formalaşdırdığını da vurğuladı. MDB ölkələri ilə turizm əlaqələrinə də toxunan R.Bayramov, ölkələri birləşdirən turizm marşrutlar və qastronomik turizm haqqında da danışaraq Rusiyadan olan turistlər üçün Azərbaycanın top 5 ölkə arasında olduğunu bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31