Gündəm

Ruhani: "ABŞ-ərəb sammiti tamaşadır"

22 May 2017 18:56

İran prezidenti Həsən Ruhani ötən gün Ər-Riyadda baş tutmuş ABŞ-ərəb sammitini tamaşa adlandırıb. Təkrar İran prezident seçilən H.Ruhani bu sammitin terrorizm problemini həll etməyəcəyini deyib. Onun sözlərinə görə, bu cür görüşlər Səudiyyə Ərəbistanında daha əvvəl də keçirilib.

Bu ölkə Türkiyədən pomidor idxalını dayandırdı

22 May 2017 18:47

İraq Türkiyədən pomidor idxalını dayandırıb.  İraqın Kənd Təsərrüfatı Nazirliyi yerli istehsala, xüsusilə də Nəcəf və Kərbəla vilayətlərində kənd təsərrüfatı məhsullarının istehsalına dəstək məqsədilə mayın 21-də Türkiyədən pomidor idxalının dayandırılması barədə qərar qəbul edib.

“Bakı-2017”: Hər anı bir tarix, hər günü yeni bir zəfər

22 May 2017 18:46

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ötən gün medal qazanan idmançılarımızla mayın 22-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) ənənəvi görüş keçirilib. Tədbirdə MOK-un rəsmiləri, qaliblərin ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Aygün Kazımova türkiyəli müğənnilərdən şikayət etdi

22 May 2017 18:45

Xalq artisti Aygün Kazımova mahnılarının türkiyəli müğənnilər tərəfindən oxunub, müəllifin anonim yazılmasına münasibət bildirib. İfaçı "ATV maqazin onlarla" verilişində deyib ki, bu cür hallara əsəbiləşib: "Türkiyəli müğənnilər tez-tez mahnılarımızı oxuyurlar. Elə rahat da anonim yazıb ki... Adamı yandırıb-yaxırlar. Amma yazıblar da, nə edək? Neşe və Gülden Karaböcek bacıları "İtkin gəlin" mahnımı oxuyub. Müəllifi isə anonim yazıblar. Bir şey edə bilmədik. 

Bakıda yaşayış binasında YANĞIN - Ölənlər var - YENİLƏNİB - ADLAR VİDEO

22 May 2017 18:40

Binəqədi rayonunda yerləşən beşmərtəbəli binaların birində yanğın hadisəsi baş verib.  Hadisə Ziya Bünyadov prospekti, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən binada qeydə alınıb.

Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda

22 May 2017 18:34

Fransada yeni mərkəzçi "İrəli" hərəkatının nümayəndəsinin prezident seçilməsi ekspertlərin bir sıra sualları ortaya atmasına səbəb olub. Bir tərəfdən, E.Makrona Avropa İttifaqının xilaskarı kimi baxılır, digər tərəfdən isə ölkə daxilindəki siyasi mühitin tam durulmadığı qənaəti var.

Günay Musayeva eks əri haqda danışdı - VİDEO

22 May 2017 18:31

ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan azərbaycanlı model Günay Musayeva maraqlı açıqlamalar verib. Model çəkildiyi "Cəsur ürək" serialından danışıb: "O serial bitdi. "Dönem işi" serialının çəkilişinə başlayacağıq. Eyni prodakşınla işləyəcəyik. Önümüzdəki sezon sultan olaraq qayıdacağam. Baş rollardan birini oynayacağam".

Rusiya Ermənistana yenidən silah göndərməyə hazırlaşır

22 May 2017 18:22

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrə, o cümlədən Ermənistan, Belarus və Qazaxıstana yeni silah sistemləri, vertolyotlar və müdafiə sistemləri göndərməyi planlaşdırır.

İbrahim Quliyev "Şöhrət" ordeni ilə təltif edilib

22 May 2017 18:12

Prezident İlham Əliyev İ.S.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Fatma Səttarovaya Prezidentin fərdi təqaüdü verilib

22 May 2017 18:10

Prezident İlham Əliyev F.H.Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Firəngiz Əlizadə "Şərəf" ordeni ilə təltif edildi

22 May 2017 18:06

Prezident İlham Əliyev Firəngiz Əlizadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

''Darvin bankası”ndaki 740 saylı özüldə yenidənqurma işləri aparılır

22 May 2017 18:04

"Darvin bankası” yatağında əlavə 8 quyunun qazılması üçün 740 saylı Stasionar Dəniz Özülündə yenidənqurma işləri aparılır. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən tədbirlər zamanı indiyədək 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılıb, texnoloji xətlər çəkilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb. Obyektdə işlər davam etdirilir. 

Dövlət Komitəsi daha 16 dini icmaya maliyyə yardımı ayırdı

22 May 2017 18:02

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 16 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibəti nəticəsində dinə dövlət qayğısı dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.

Yol polisi: Xüsusi zolaqlarda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət sabahdan ləğv olunur

22 May 2017 17:57

DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyət müddətlərininlərin bitməsi ilə bağlı müraciət edib.

Putinin Makronla görüşünün vaxtı açıqlandı

22 May 2017 17:51

Rusiya prezidenti Vladimir Putin mayın 29-da Fransaya səfər edəcək.  Parisə səfəri zamanı V.Putin fransalı həmkarı E.Makronla görüşəcək.