''Darvin bankası”ndaki 740 saylı özüldə yenidənqurma işləri aparılır

"Darvin bankası” yatağında əlavə 8 quyunun qazılması üçün 740 saylı Stasionar Dəniz Özülündə yenidənqurma işləri aparılır. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən tədbirlər zamanı indiyədək 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılıb, texnoloji xətlər çəkilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb. Obyektdə işlər davam etdirilir. 

"Darvin bankası" yatağında əlavə 8 quyunun qazılması üçün 740 saylı Stasionar Dəniz Özülündə yenidənqurma işləri aparılır. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilən tədbirlər zamanı indiyədək 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılıb, texnoloji xətlər çəkilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb. Obyektdə işlər davam etdirilir. 
Qeyd edək ki, əlavə qazılacaq quyuların hər birindən sutkada sutkada 5 ton neft hasil ediləcəyi nəzərdə tutulur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31