Dövlət Komitəsi daha 16 dini icmaya maliyyə yardımı ayırdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 16 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibəti nəticəsində dinə dövlət qayğısı dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 16 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibəti nəticəsində dinə dövlət qayğısı dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Azərbaycan Respublikasında 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında imzaladığı Sərəncamın vacibliyinə toxunan Səyyad Salahlı dini icmaların DQİDK-ya təqdim etdikləri layihələr içərisində əsasən "İslam həmrəyliyi" mövzusuna həsr olunanların maliyyələşdirilməsinə üstünlük verildiyini bildirib. Komitə sədrinin birinci müavini, eyni zamanda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini də verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 196 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 177-i isə İslam dini icmasıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31