Gündəm
Orqanizmi qocalmağa qoymayan 6 cavanlıq cövhəri haqqında bilmədikləriniz
Gözəl görünmək üçün ağır pəhrizlər saxlamaq şərt deyil, sadəcə qidalanma rassionuna faydalı məhsullar əlavə etmək sizə özünüzü daha yaxşı hiss etməyə və görünməyə kömək edəcək.
Şahin Növrəslinin Paris konserti
STRESS ÇARXI doğrudanmı stressi azaldır?
"Stress çarxı" kimi tanıdığımız "hand spinner" (və ya "finger spinner") oyuncağı bütün dünyada gündən-günə populyarlaşır. Belə hesab olunur ki, bu oyuncaq stressi azaldır, insanı sakitləşdirir. Bu həqiqətənmi belədir? Bu oyuncaq haqda məlumatı təqdim edirik.
Ət və şokolad yeyəndə... depressiyaya düşürsən
Tez-tez ət və şokolad yemək insan psixikasını məhv edir və uzunsürən depressiyaya səbəb olur. Bu qəribə nəticəyə ispan tədqiqatçıları gəliblər. Informing saytı xəbər verir ki, alimlər 10 il ərzində 15 min könüllünün analizini toplayaraq onların psixi durumunu və qida rasionunu dəyərləndiriblər.
“Microsoft Surface Pro” planşeti haqqında yeni məlumatlar açıqlanıb
Təqdimatı Şanxayda ixtisaslaşmış sərgi çərçivəsində keçiriləcək "Microsoft Surface Pro" planşet kompüteri haqqında yeni məlumatlar açıqlanıb. "Surface Pro 4" planşetini əvəz edəcək universal qurğu "Windows 10 S" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
“Android” əlavələrinin həcmi azaldılacaq
Smartfon və planşetlərdə çox vaxt yaddaşın əsas hissəsini mobil əlavələr tutur. Bu, aztutumlu quraşdırılmış yaddaşa malik və genişləndirmə imkanı olmayan qurğular üçün böyük problemlər yaradır. Vəziyyəti düzəltmək istəyən “Google” şirkəti istehsalçıları qurğuda daha böyük tutuma malik yaddaş quraşdırmağa məcbur edə bilməsə də, əlavələrin həcmini azaltmağa çalışacaq.
“Panasonic” şirkəti “Toughbook 33” adlı möhkəm hibrid planşet təqdim edib
"Panasonic" şirkəti "Windows 10" əməliyyat sistemi ilə işləyən "Toughbook 33" adlı möhkəm hibrid planşetinin satışına başlayır. Sözügedən planşet mayın sonunadək 3649 dollar qiymətinə əlçatan olacaq.
“Airbus” şirkətinin “uçan avtomobil”ində gediş qiyməti taksidən baha olmayacaq
Cari ilin sonunadək sərnişin hava daşımaları xidmətini sınaqdan keçirməyə başlayacaq “Airbus” şirkətinin "uçan avtomobil”ində gediş qiyməti adi taksi ilə eyni olacaq. Layihənin direktoru Zak Loverinq deyib ki, "hava" taksisindən istifadə zamanı hər mil (1,6 km) üçün gediş qiyməti 1,5-2,5 dollar təşkil edəcək.
Dubayda robot polis fəaliyyətə başlayacaq
“Robocop” adlı ilk robot polis rəsmən Dubayın polis xidmətinin tərkibinə daxil edilib. Bu haqda “Arabian Business” nəşri məlumat verib. Məlumata görə, robotun hündürlüyü 170 sm, çəkisi 100 kq-dır. Robot emosiyaları müəyyənləşdirən detektorla təchiz edilib və insanlarda sifət ifadələrini və jestləri 1,5 metrədək məsafədən “tanıyır”. Beləliklə, robot insanlarla əlaqə yarada və qanun pozanları aşkar edə bilər.
Ermənistan rejiminin cinayətkar elitası ŞOK FAKTLAR
Ermənistanda kök salmış “oğru qanunları” və kriminallıq faktorunun bilavasitə hakimiyyətin yüksək eşalonunlarında təşəkkül tapması halı növbəti dəfə özünü Ermənistanın İnvestisiya Klubunun üzvü Ruben Tatulyanın (Robson) Çexiya polisi tərəfindən saxlanılması ilə sübuta yetirdi. Belə ki, R.Tatulyanın bu Avropa ölkəsində saxlanılmasına səbəb onun oğruların “sxodkasını” (bəhsini-R.R.) təşkil etməsi olub. Onu da qeyd etmək yerinə düşərdi ki, Ermənistanın mövcud rəhbərliyi ilə sıx təmaslarda olunan şəxslərin bənzər hallarla rastlaşması birinci hadisə deyil. Məhz bununla bağlı erməni ictimai rəyində narazılıq sindromları artmağa başlayıb, Serj Sarkisyan rejiminin oğru və kriminal şəxslərdən ibarət formalaşmasının ortaya çıxan sübut və dəlilləri sadə xalqı narahat etməyə başlayıb.
Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə şair Musa Yaqubun 80 illik yubileyi keçirilib
AMEA-nın Nizami Gəncəvi adına Milli Ədəbiyyatı MuzeyininAran Regional Şöbəsində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri - şair Musa Yaqubun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, Kürdəmir rayon Atakişili kənd orta məktəbində baş tutan tədbirdə muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Musa Yaqubun xalqına, Vətəninə olan sevgisindən, şairin yaradıcılığındakı təbiətlə insan arasındakı qarşılıqlı ünsiyyətin qabarıq ifadəsindən danışıb. Tədbirdə Kürdəmir Rayon Mərkəzi Kitabxanasının baş kitabxanaçısı Ərəstun Sadıqov, şair Abduləziz Xanəhmədoğlu və məktəblilərin ifasında ədibin şeirləri səsləndirilib.
Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğının DETALLARI
"Yanğın barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat saat 16:53 radələrində daxil olub. İlkin yanğın avtomobili 6 dəqiqə sonra hadisə yerinə çatıb və binanın 4-cü mərtəbəsində mənzilin alov içərisində olduğu haqqında məlumat verib".
Sevgilisindən Cennifer Lopezə sürpriz
Müğənni və aktrisa Cennifer Lopez "Shades of Blue" ("Mavinin çalarları") serialının çəkilişlərinə davam edir.
"Qırmızı şeytanlar" ən gənc start heyəti meydana çıxıb
İngiltərə Premyer Liqasının 38-ci turunda "Mançester Yunayted" evdə "Kristal Palas"i 2 cavabsız qolla məğlub edib. Komandanın baş məşqçisi Joze Mourinyo bu oyuna Premyer Liqa tarixində ən gənc start heyətini oyuna çıxarıb. Heyətin orta yaşı 22 il 284 gün olub.
"Yuventus" "Qarabağ"a çatdı
İtaliya A seriyasının XXXVII turunda "Krotone" üzərində 3:0 hesablı qələbə qazanan "Yuventus" sona 1 tur qalmış çempionluğu rəsmiləşdirib. Tarixində 33-cü dəfə ölkə çempionu olan "qoca sinyora" ilklə yadda qalıb. Belə ki, Turin təmsilçisi ardıcıl 3-cü dəfə "qızıl dubl"a imza atıb. Massimiliano Alleqrinin komandası İtaliya Kubokunun finalında da "Latsio"ya qalib gələrək, bu titula yiyələnmişdi. Bununla, "Yuve" "böyük beşlik" ölkələri (İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa) arasında ardıcıl 3 mövsüm hər iki titula (çempionat və kubok) sahib çıxan ilk klub olub. Yeri gəlmişkən, Azərbaycan çempionu "Qarabağ" da cari mövsümü "qızıl dubl"la tamamlayaraq, ardıcıl 3-cü dəfə bu uğura yiyələnib.














