STRESS ÇARXI doğrudanmı stressi azaldır?
"Stress çarxı" kimi tanıdığımız "hand spinner" (və ya "finger spinner") oyuncağı bütün dünyada gündən-günə populyarlaşır. Belə hesab olunur ki, bu oyuncaq stressi azaldır, insanı sakitləşdirir. Bu həqiqətənmi belədir? Bu oyuncaq haqda məlumatı təqdim edirik.
22 May 2017 19:45 Dünya"Stress çarxı" kimi tanıdığımız "hand spinner" (və ya "finger spinner") oyuncağı bütün dünyada gündən-günə populyarlaşır. Belə hesab olunur ki, bu oyuncaq stressi azaldır, insanı sakitləşdirir. Bu həqiqətənmi belədir? Bu oyuncaq haqda məlumatı təqdim edirik.
Stress çarxı barmaqların kiçik motorikasını yaxşılaşdırır. Kiçik motorika beynin bir çox funksiyalarına stimullaşdırıcı təsir edir. İlk növbədə bu, nitq və həmçinin təfəkkür, fantaziya, yaddaş, diqqət, hərəkətlərin koordinasiyası kimi mürəkkəb proseslərə aiddir. Beləliklə, stress çarxı həm barmaqların hərəkətliliyini, həm də beynin fəaliyyətini yaxşılaşdırmağa kömək edir.
Digər tərədən oyuncaq həqiqətən stress və həyəcanı dəf etməyə, fikri cəmləşdirməyə kömək edir. Mütəxəssislərin fikrinə görə, hand spinner dırnaq yemə, barmaq xırçıldatma və hətta siqaret çəkmək kimi pis vərdişlərdən azad olmağa kömək edir. Müxtəlif travmalardan, insultdan sonra əllərin və barmaqların hərəkətliliyini bərpa etmək üçün də stress çarxından istifadə etmək olar. Təbii ki, bu oyuncaqdan sui-istifadə etmək də düzgün deyil. Saglamolun.az