Gündəm

Metropoliten İslam Oyunlarının bağlanış mərasimində gücləndirilmiş rejimdə çalışıb

23 May 2017 11:40

Azərbaycanda təşkil edilən daha bir olimpiya miqyaslı idman tədbiri IV İslam Həmryəliyi Oyunları mayın 22-də keçirilən təntənəli bağlanış mərasimi ilə başa çatıb. Həmin gün Bakı metropolitenində sərnişinlərin tədbirdən əvvəl və sonra mənzil başına rahat və təhlükəsiz çatması təmin edilib.

Dini radikalizmə qarşı mübarizə yolları müzakirə edilib

23 May 2017 11:39

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Avaran kəndində dini radikalizmlə mübarizənin yollarına həsr olunmuş seminar – müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müşavirədə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev çıxışında bildirib ki, dini radikalizmin yayılmaması məqsədilə mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsi vacibdir. O qeyd edib ki, Qusar rayonunda da belə tədbirlər planlı şəkildə, tez-tez keçirilir.

Ermənilər mövqelərimizə 4 mərmi atdı

23 May 2017 11:38

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.

XİN: Mançesterdəki terrorda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır

23 May 2017 11:34

“Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını yerli orqanlar vasitəsilə araşdırır”.

İŞİD Mançesterdə terrora görə məsuliyyəti üzərinə götürüb

23 May 2017 11:32

İŞİD terror təşkilatı ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb. Bu barədə “Akbar-İraq” internet portalı məlumat yayıb. Bildirilir ki, terrorçular bununla bağlı videonu sosial şəbəkələrdə yerləşdiriblər.

Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir

23 May 2017 11:28

Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb. Gürcüstan müdafiə naziri Levan İzoria Mançester şəhərində törədilmiş terror zamanı həlak olan şəxslərin ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib. 

“Səfərin məqsədi ölkələr arasında səyləri daha da gücləndirməkdir"

23 May 2017 11:25

“Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır”. Bunu Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Tahir Mirkişili deyib.

Moskva: "Con Makkeyn əxlaq çərçivəsini aşır"

23 May 2017 11:23

"Amerikalı senator Con Makkeyn öz davranışları ilə əxlaq çərçivəsini aşır." Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

Azərbaycanın milli bayramı-Respublika Günü Daşkənddə qeyd edilib

23 May 2017 11:18

Azərbaycanın Özbəkistandakı səfirliyi 28 May - Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirib. Qəbulda Özbəkistanın Baş naziri Abdulla Aripov, bu ölkədə akkreditə olunan səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Kuba mətbuatında “Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi”

23 May 2017 09:58

Kubanın ən çox oxunan nüfuzlu “Bohemia” jurnalında Azərbaycanda uğurla keçirilmiş IV İslam Həmrəyliyi Oyunları barədə ölkənin tanınmış jurnalisti Maria Viktoria Valdesin geniş məqaləsi dərc edilib.Azərbaycanın Kubadakı səfirliyindən “Olaylar” – a bildirlib ki, “Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi” başlıqlı məqalədə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycanda xüsusi dövlət proqramına uyğun olaraq kütləvi və peşəkar idmanın inkişaf etdirilməsindən söz açılır, bu mühüm siyasətin əsasının xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğu və hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi vurğulanır. Məqalədə, Azərbaycanın Birinci Vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışların təşkilində mühüm xidmətləri qeyd edilərək, Bakı 2017 Oyunlarının olduqca yüksək səviyyədə təşkil edilməsi və heyranedici açılış və bağlanış mərasimləri ilə yaddaşlarda qalacağı bildirilir. Qeyd edilir ki, “Gücümüz həmrəylikdədir” devizi ilə başa çatmış idman bayramı qardaşlıq və birlik ideyalarını özündə daşıyan islam mədəniyyətinə məxsus müxtəlif cəmiyyətləri Bakıda birləşdirmişdir.

İsveçdə BOMBA HƏYƏCANI

23 May 2017 09:50

Mançesterdə partlayış

23 May 2017 09:48

Milli Parkda yanğın

23 May 2017 09:43

Yer üzünün ən zərərli 19 məhsulu!

22 May 2017 20:00

Təəssüf ki, günümüzdə sağlamlıq üçün faydalı yemək tapmaq artıq çətinləşib. Əlbəttə, çipsi və kolanın nə qədər zərərsiz olduğu onsuz da hamıya aydındır. Lakin çox az adam bilir ki, faydalı sayılan bir çox məhsulların tərkibində də zərərli maddələr var.