Gündəm
Suriyada partlayış: yaralılar var
Suriyanın Hums şəhərində partlayış olub. Hadisə şəhərin əz-Zəhra məhəlləsində baş verib. Avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralıların olduğu bildirilir.
Rusiyada mayın 28-də təxribat planlaşdıran ermənilərə xəbərdarlıq edilib
Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günü - 28 mayda planlaşdırılan təxribatla bağlı erməni gənclərə xəbərdarlıq edilib. Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev bildirib ki, Kursk erməni gənclər Assosiasiyası mayın 28-də şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” ilə bağlı elanları yaydıqdan sonra Rusiyada yaşayan azərbaycanlı gənclər adından rəsmi qurumlara, o cümlədən şəhər meriyasına müraciət olunub və narahatlıq bildirilib.
Politoloq: “Azərbaycan İslam sivilizasiyasının mərkəzlərindən biri olub”
“İdmanın 21 növü üzrə 57 dövlətin 6 000 -ə yaxın idmançısının mübarizə apardığı IV İslam həmrəylik Oyunları bundan əvvəlki oyunlardan öz miqyasına görə daha geniş idi. Misal, üçün İndoneziyada və Səudiyyə Ərəbistanında idmanın 18 növü üzrə müvafiq olaraq 41 və 53 dövlətin iştirakı ilə yarışlar keçirilmişdi”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Sədr: “Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib”
“Dünən IV İslam Həmrəyliyi Oyunları başa çatdı. Hətta bəzi anti-Azərbaycan, anti-islam qüvvələri bu oyunların baş tutmayacağını iddia edirdilər. Nəticə isə göz qabağındadır”. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.
Qırğızıstanın turktoday.info portalı IV İslam Həmrəyliyi Oyunlarından yazdı
Mayın 22-də IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirilib. Mərasim dünyanın bir çox ölkələrində canlı yayımlanıb. “Olaylar” xəbər verir ki, Qırğızıstanın turktoday.info informasiya portalı da IV İslam Həmrəyliyi Oyunlarının bağlanması ilə əlaqədar Azərtacın rus dilində xüsusi materialını dərc edib.
Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb
Milli Məclisin üzvü Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb. “Olaylar” xəbər verir ki, millət vəkili görüşdə köçkün qadınlar məsləsini qabardıb. Q. Paşayeva daha sonra ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib. Q.Paşayeva, xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Ümumdünya Qadın Sammitinin prezidentini məlumatlandırıb. Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materialları Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada təqdim edən millət vəkili Q.Paşayeva sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq deyib.
UNEC-in tələbə və magistrləri nüfuzlu şirkətdə ödənişli təcrübə imkanı
UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı və KPMG şirkətinin iştirakı ilə keçirilən “Karyera günü”ndə IV kurs tələbələri və magistrlər iştirak edib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Karyera Mərkəzinin direktoru Fuad Əliyev KPMG şirkətinin Azərbaycanda uğurla davam edən inkişafa, kapital bazarlarının davamlı inkişafına öz töhfəsini verərək, işgüzar biznes mühitinin ayrılmaz hissəsinə çevrildiyini bildirib.
Türkiyədəki Azərbaycan diasporu: “ÜAK-ın bağlanması qəbulolunmazdır”
Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Rusiya Federasiyası Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşılayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD) bəyanat yayaraq Ali Məhkəmənin müvafiq qərarını qınayıblar.
Gömrük komitəsi təkzib məlumatı yaydı- VİDEO
Ötən gün Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair məlumatlar yayılıb.
Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb
Ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, abituriyentlərin elektron ərizə qəbulu 24 may saat 11:00-a kimi davam edəcək. DİM-dən bildirilib ki, abituriyentlərin elektron ərizə qəbulunun müddətinin uzadılmasına çoxsaylı müraciətlər səbəb olub.
“Ən yaxşı elmi məruzə” müsabiqəsi
AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 28 may - Respublika Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar təşkil etdiyi “Ən yaxşı elmi məruzə” müsabiqəsinə qatılan namizədlərin təqdimatları olub. Akademiyadan “Olaylar” – a bildirlib ki, elmi müsabiqənin şərtlərinə uyğun olaraq ekspert komissiyasının üzvləri qiymətləndirmə aparmaq üçün gənc alimlərin hazırladıqları məruzələri dinləyiblər. Daha sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ukraynada Azərbaycan prezidentinə həsr olunmuş ktabın təqdimatı keçiriləcək
Milli Məclisin deputatı Elmira Axundova mayın 23-dən 25-dək Ukraynada səfərdə olacaq. Məqsəd Kiyevdə Elmira Axundovanın müəllifi olduğu “İlham Əliyev: Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitabın Ukrayna dilinə tərcümə edilmiş nəşrinin təqdimat mərasimində iştirak etməkdir.
Avronest PA iqtisadi əməkdaşlığa önəm verir
Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun başçılığı ilə Ağalar Vəliyev və Fərəc Quliyev qurumun İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq komitəsi ilə Enerji təhlükəsizliyi komitəsinin birgə iclaslarında iştirak etmək üçün mayın 23-dən Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaqlar. Bu barədə MM-dən “Olaylar”a verilən məlumata görə, birgə iclasda İqlim Dəyişikliyi ilə bağlı 2015-ci il Paris Razılaşmasının tətbiqinə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində gənclərin işsizliyinin vəziyyətinə dair müzakirələr aparılacaq, perspektivlər araşdırılacaq. Təşkilati məsələlərə baxılacaq. Sonra nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avronest PA-nın Büro iclasına qatılacaq.
Bakcell Ulduzum proqramının yenilənmiş internet səhifəsini təqdim edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Ulduzum proqramının yeni internet səhifəsinin istifadəyə verildiyini elan edir. Yeni sayt müasir və kreativ dizayna malik olmaqla yanaşı daha da funksionaldır. İstifadəçi sayta daxil olarkən istənilən bölməni rahatlıqla tapmaq imkanı əldə edir.














