“Ən yaxşı elmi məruzə” müsabiqəsi
AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 28 may - Respublika Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar təşkil etdiyi “Ən yaxşı elmi məruzə” müsabiqəsinə qatılan namizədlərin təqdimatları olub. Akademiyadan “Olaylar” – a bildirlib ki, elmi müsabiqənin şərtlərinə uyğun olaraq ekspert komissiyasının üzvləri qiymətləndirmə aparmaq üçün gənc alimlərin hazırladıqları məruzələri dinləyiblər. Daha sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
23 May 2017 11:50 SosialAMEA-nın Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 28 may - Respublika Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar təşkil etdiyi "Ən yaxşı elmi məruzə" müsabiqəsinə qatılan namizədlərin təqdimatları olub. Akademiyadan "Olaylar" - a bildirlib ki, elmi müsabiqənin şərtlərinə uyğun olaraq ekspert komissiyasının üzvləri qiymətləndirmə aparmaq üçün gənc alimlərin hazırladıqları məruzələri dinləyiblər. Daha sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müsabiqənin qalibləri mayın 25-də elan olunacaq. Həmin gün keçiriləcək tədbirdə qaliblərə diplom və pul mükafatları veriləcək. Elmi nailiyyətlərinə görə bir gəncə "Gənclər üçün akademik Əli Quliyev" mükafatı da təqdim olunacaq.